Dünən Los Anjeles şəhərinin yaxınlığındakı Bel Eyr qəsəbəsində avtomobil sənayesinin ən məşhur top menecerlərindən biri olan Lido Əntoni «Li» Yakkoka vəfat edib. Fiat Chrysler Automobiles konserni yaydığı mətbuat açıqlamasında Yakkokanı «avtomobil sənayesinin böyük liderlərindən biri olduğunu» bildirib.
Xatırladaq ki, Ford şirkətində vitse-prezident işləyən Yakkoka, ilk poni-kar olan Mustang modelinin yaranmasına xeyir-dua verib. İlk satış ilində avtomobil milyonluq tirajla satılıb. Keçən əsrin 70-ci illərində müflis olmaq həddinə çatmış Chrysler şirkətinə başçılıq edən Li Yakkoka onu çiçəklənən şirkətə çevirib. Bundan başqa, Yakkoka amerikalıları minivenlərə əyləşdirən insandır.
Li Yakkoka Chrysler konserni tərəfindən Jeep, Lamborghini və digər markaların alınmasının təşəbbüskarı olub. O, 1992-ci ildə Chrysler qrupunun prezidenti vəzifəsindən istefa edib.