Corsair krossoveri Lincoln brendinin Amerika çeşidindəki ən yığcam və əlçatan avtomobildir. O, Ford Kuga/Escape modelinin əsasında yaradılsa da, lakin uzunluğu 4,6 metr olan orijinal kuzova malikdir. Lincoln Corsair modelinin ABŞ-dakı satış qiyməti 36.600 dollardan başlayır. Üç illik istehsal müddətindən sonra, Corsair krossoveri planlı yenilənmədən keçib. Bununla belə, yenilənmələrin miqyası o qədər də geniş deyil.
Yeni disk seçimlərini və yenidən baxılmış rəng palitrasından başqa, bütün xarici dəyişikliklər avtomobilin ön tərəfindədir. Krossover böyüdülmüş radiator barmaqlığını və fərqli ön bamperi əldə edib, bununla belə, LED dönmə siqnalları öz yerlərini qoruyublar.
Salonda daha çox dəyişiklik var. Media sisteminin səkkiz düymlük ekranının əvəzinə 13,2-düymlük genişformatlı displey quraşdırılıb. Sync 4 multimedia sisteminin onlayn imkanları artırılıb və iqlimə nəzarət sisteminin bütün tənzimləmələri ona həvalə edilib: düyməli pultdan imtina mərkəzi konsolun formasını dəyişməyə imkan verib.
12,3-düymlük virtual cihazlar paneli indi standart təchizata daxildir (əvvəllər o əlavə ödənişlə təklif olunurdu). Havanın təmizlənməsi sistemi də təkmilləşdirilib, salonun tərtibat variantları arasında tünd boz və qırmızı rənglər peyda olub.
Co-Pilot360 adaptiv kruiz-kontrolu üçün yeni ActiveGlide 1.2 əlavəsi təklif edilir. Magistral yolda saatda 80 mil/saat (129 km/saat) sürətlə hərəkət edərkən, avtopilot təkcə əlləri sükandan ayırmağa deyil, həm də yarı avtomatik rejimdə zolaqları dəyişməyə imkan verir: sürücüyə sadəcə olaraq müvafiq dönmə siqnalını yandırmaq gərəkdir.
Mühərrik çeşidində ixtisar var. Ən güclü 299 at qüvvəli 2,3-litrlik turbomühərrik çeşiddən çıxarılıb və onun əvəzi gözlənilmir. Corsair yalnız səkkiz pilləli “avtomat” ilə birlikdə çalışan 253 at qüvvəli 2,0-litrlik turbomühərrik və 270 at qüvvəli hibrid güc qurğusu ilə təklif edilir.
Sonuncunun tərkibinə 2,5-litrlik atmosfer mühərriki, elektromotor və elektromexaniki variator daxildir. Benzin versiyası ön və ya tam ötürməli ola bilər, hibrid isə, istinasız tam ötürməlidir.
Yenilənmiş Corsair krossoverlərinin ABŞ-dakı satışlarına 2023-cü ilin əvvəlində başlanmalıdır, lakin modeli satış qiymətləri artıq açıqlanıb. Baza krossoveri 2 100 dollar bahalaşıb və hazırda 38 700 dollaradır. Hibrid üçün isə, 53 000 dollar istəyirlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.