Ford konserni yeni Lincoln Aviator modelinin dəqiq xarakteristikalarını açıqlayıb. Krossoverin hibrid Grand Tourinq versiyası 501 at qüvvəsi və 854 Nm fırlanma anı hasil edən hibrid güc qurğusu ilə təchiz edilir. Bu, keçən ilin noyabrda bəyan edilmiş göstəricilərdən 45 at qüvvəsi və 41 Nm çoxdur.
Güc xarakteristikaları arasındakı fərq amerikan istehsalçılarının sertifikasiyadan öncə görülən ehtiyat tədbirinin nəticəsidir. Adətən, amerikan istehsalçıları sertifikasiya öncəsi göstəriciləri azaldaraq mühərrikin hasilatını bir qədər aşağı göstərirlər. Satışlar başlanılmasından öncə isə, artıq yekun nəticələr açıqlanır. Qoşulan hibridin 10 faizlik güc artımı qaydalardan istisnadır. Məsələn, 405 at qüvvəsi və 563 Nm fırlanma anı hasil edən 3,0-litrlik mühərrikə malik olan Aviator modelinin noyabr ayında səsləndirilmiş xarakteristikaları ilə bu günki arasında fərq sadəcə 21 Nm fırlanma anı təşkil edir.
Bununla belə, Lincoln şirkəti modelin dinamik xarakteristikalarını açıqlamayıb. Hibrid krossoverin elektrik ötürməsi ilə qət etdiyi məsafə də naməlumdur. Hətta, hibridin yanacaq sərfiyyatı da səsləndirilməyib. Lakin, hibrid krossoverin baqaj bölümünün 518 - 2200 litr arasında həcmə malik olduğu məlumdur Bu adi benzin versiyada olduğu ilə eynidir.
Altısilindrli mühərrikə və arxa çəkişə malik olan Lincoln Aviator ABŞ-da 51.100 dollardan başlayan qiymətlərlə təklif ediləcəkdir. Tamçəkişli krossoverin minimum qiyməti 53.600 dollardır. Hibrid krossoveri isə 70.000 dollardan başlayan qiymətlərə sahibdir. Alverçilər demişkən, «fulun fulu» Lincoln Aviator 90.000 dollara başa gələcəkdir.