Lincoln markasının bayraqdar ofrouderi olan Navigator modeli planlı yenilənmədən keçib. Əsas diqqət avtomobilin xarici görünüşünə deyil, elektronikasının yenilənməsinə yönəldilib. Avtomobilin eksteryerindəki dəyişiklikləri yenilənmiş arxa fənərlərdən və bir qədər nazikləşdirilmiş ön işıq texnikasından ibarətdir.

İnteryerdəki dəyişikliklər isə, multimedia sisteminin 10-düymlük ekranını əvəzləmiş 13,2-düymlük displeydən ibarətdir. Eyni zamanda, model ikinci səviyyəli avtopilota və "ağıllı" adaptiv asqı sisteminə sahib olub. Yenilənmə mühərrikə də təsir edib: 3,6-litrlik V6 turbomühərrikinin gücü 446 at qüvvəsinə qədər azaldılıb.

Ofrouder opsional avadanlıq siyahısı əhəmiyyətli dərəcədə genişləndirilib. Birincisi, Navigator ofrouderi hərəkət zolağına nəzarət furnaksiyası olan adaptiv kruiz-kontrol ilə təchiz edilən ilk Lincoln modeli olub. Üstəlik, ikinci səviyyəli avtopilot, ABŞ-dakı xüsusi magistrallarda (Hands-Free Blue Zones, “mavi zonalar” adlandırılan magistrallarda) sürücünün əllərini sükandan çəkməsinə icazə verir.

İkincisi, bütün oturacaqlar qızdırılır və havalandırılır, ikinci sıranın sərnişinlər üçün isə, əlavə ödəniş qarşılığında, masaj funksiyasını sifariş etmək olar. Başqa bir yenilik, yol izləmə sistemi (Road Preview) olan adaptiv asqıdır: sensorlar və kameradan istifadə edən sistem yol səthinin parametrlərini saniyədə 500 dəfə ölçür və amortizatorın parametrlərini saniyədə 100 dəfə dəyişir.

Salonda multimedia sisteminin 13,2-düymlük ekranı, 12-düymlük rəqəmsal alətlər paneli və təkmilləşdirilmiş proyeksiya ekranı quraşdırılıb. İkinci sıra oturacaqlar arasında quraşdırılan 5,8-düymlük ekran vasitəsi ilə, klimat-kontrolu və dinamiklərinin sayı 28-ə çatan Revel Ultima 3D səs sistemini idarə etmək olar.

Ofrouderin təchiz edildiyi 3.5-litrlik V6 biturbo mühərrikinin gücü 457-dən 446 at qüvvəsinə qədər azaldılıb, fırlanma anı dəyişməyib və 691 Nm-ə bərabərdir. Mühərrik alternativsiz 10-pilləli “avtomat” ilə tandemdə çalışır. Ötürmə - arxa oxavə ya tam ola bilər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yenilənmiş Lincoln Navigator modelinin ABŞ-dakı dilerlərə 2022-ci ilin əvvəlində çatdırılacaqdırlar. Yenilənmiş modelin qiymətləri hələlik açıqlanmayıb. Hələlik bazarda ofrouderin restaylinqdən öncəki versiyası 76,7 min dollardan başlayan qiymətlər ilə təklif olunur.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.