Lincoln şirkəti model xəttində taybatay açılan qapılarə olan modellərin peyda olacağı barədə şayiələri yenidən gündəmə gətirib. Hərəkət istiqamətinin əksinə açılan arxa qapılara Continental sedanının modifikasiyalarından biri sahib ola bilər.

Amerikan markası özünün Twitter sosial şəbəkəsindəki səhifəsində keçən əsrin 60-cı illərində Continental modelində istifadə olunan bənzər həll yolundan danışıb. Şirkət yeni qapıları center-opening doors (mərkəzdən açılan qapılar) kimi qələmə verib. Bundan başqa, Lincoln istifadəçiləri Instagram şəbəkəsindəki yenilikləri də izləməyə dəvət edib.Şirkət burada əlavə məlumatın yerləşdiriləcəyini də bildirib.

Bir müddət bundan öncə, Lincoln şirkəti öz dilerlərin yığıncağında Continental sedanın yeni modifikasiyasının şəkillərini nümayiş etdirib və modelin buraxılış planları barədə məlumat verib. Lakin, belə avtomobilin buraxılması tarixi və model haqqında ətraflı məlumat verilməyib. Hərəkətin istiqamətinin əksinə açılan qapıların cari model və yaxud sedanın yeni nəsli üçün təklif ediləcəyi də məlum deyildir.

Lincoln şirkəti Continental modelini 2016-cı ildə dirçəldib. Continental 2,7 və 3,0-litrlik turbomühərriklər və 3,7-litrik V6 Cyclone atmosfer mühərriki ilə təklif edilir. Mühərriklər müvafiq olaraq, 340, 405 və 309 at qüvvəsinə malikdirlər. Avtomobil həmçinin, arxa təkərlər arasında dartqını bölüşdürən tam ötürməli çəkiş sistemi ilə təchiz edilir.

Sedan idarəetmə elektronikasının üç iş rejimi - Standart, Komfort və Sport rejimi mövcudur. Bu rejimlər sükan idarəedilməsinin və asqının ayarlarının tənzimlənməsinə cavabdehdirlər. Continental’ın təchizatına dairəvi görünüş sistemi, massaj, qızdırma, havalandırma sistemləri və 30 tənzimləmə istiqaməti olan oturacaqlar, Revel audiosistemi, adaptiv kruiz-kontrol və öndən toqquşmaların qarşısına alan sistem daxildir.

Lincoln Continental yalnız Amerika Birləşmiş Ştatlarında istehsal edilir. Onun satış bazarları isə ABŞ və Çin bazarlarıdır.