Buna bənzər elan artıq keçən ilin yayında verilmişdi: o zaman Lincoln gələcək elektromobilin ön hissəsinin tizerini və onun interyerinin eskizini göstərmişdi. Lakin bu tizerlərdən sonra heç nə baş vermədi və Lincoln elektrokarı layihəsi demək olar ki, unuduldu. Buna baxmayaraq, layihənin inkişafı davam etdirilir və bu dəfə avtomobilin arxa hissəsinin təsvir edildiyi yeni tizer ilə yanaşı, onun təqdimat tarixi də açıqlanıb - 20 aprel. Görünən odur ki, konseptin debütü Çində baş tutacaqdır.
Hələlik bu, yalnız konsept avtomobilidir: rəsmi versiyaya görə, konsept yaxın gələcəkdə peyda olacaq Lincoln elektromobillərinin inkişaf istiqamətlərini göstərmək üçün nəzərdə tutulub. İstənilən halda,Lincoln markasının ilk seriya elektrik krossoveri bu konseptin inkişafı olacaqdır – konseptin seriya variantı bir il əvvəl debüt etmiş, lakin hələ də konveyerə çıxmamış Cadillac Lyriq krossoveri (istehsalın tezliklə başlanması gözlənilir) ilə rəqabət aparacaqdır.
Əslində, Lincoln elektrik avtomobilləri daha əvvəl peyda olmalı idilər. Bunun üçün Ford konserni 2019-cu ilin payızında gənc Rivian startapı ilə müqavilə bağlayıb və ilkin olaraq bu işə 500 milyon dollar sərmayə qoyub. Lakin əməkdaşlıq başlayan kimi sona çatıb: artıq 2020-ci ilin aprelində tərəflər “cari vəziyyəti” (pandemiya nəzərdə tutulur) əsas gətirərək əməkdaşlığı dayandırıblar. Bundan sonra, Ford öz gücü ilə Lincoln elektrokarını hazırlamaq qərarına gəlib.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.