Lincoln şirkəti yenilənmiş MKC krossoverini təqdim edib. Yenilənmiş modelin kütləvi təqdimatı bu ayın sonlarında işinə başlayacaq Los-Anjeles avtosalonunda keçiriləcəkdir. Yenilənmiş MKC krossoverinin satışlarına gələn ilin yayında start veriləcəkdir.
Yenilənmiş Linciln MKC modelini əvvəlkindən yeni radiator barmaqlığı, işıqdiodlarından olan ön fənərlər və baqaj qapağının üzərindəki xrom planka sayəsində ayırd etmək olar. Kuzovun qalan elementləri dəyişilməz qalıb. Krossover bir sıra yeni elektron köməkçiləri əldə edib. Onların arasında kor zonalara nəzarət, zolaqda saxlama, öndən qəzaları xəbərdarlıq edən və piyadaları aşkarlayan sistemlər daxildir. Bundan əlavə, MKC Black Label modifikasiyasına da sahib olub.
Bu modifikasiya daha dəbdbəli tərtibatı və pulsuz göstərilən xüsusi xidmətləri nəzərdə tutur. Məsələn, avtomobilin illik deteylinqi, yuyulması və Lincoln sahibləri üçün xüsusi təmlar təklif edən restoranlarda masaların bron edilməsini göstərmək olar. Krossoverin mühərrik çeşidinə 245 at qüvvəli 2,0-litrlik və 285 at qüvvəəli 2,3-litrlik EcoBoost mühərrikləri daxildir. Mühərriklər altı pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Krossover iki ötürmə ilə - öndən və tam çəkiş sistemləri ilə təklif edilir.