Siz heç Ferrari LaFerrari avtomobilinin yolsuzluq şəraitində özünü neçə aparacağı barədə düşünmüsünüzmü? Biz - xeyir. Deyəsən, Ferrari Cavalcalda bayramında iştirak edən bu hiperkarın sahibi üçün LaFerrari modelinin daşlıqda özünü necə aparacağını çox maraqlı olub.
Videoçarxdan da göründüyü kimi, yol kənarında tavernanın qarşısında duran və heç kimə mane olmayan daş parçası LaFerrari hiperkarının Litvadan olan sahibinin xoşuna gəlməyib. Nəticədə, Dolomit Alplarındakı dağ yolları ilə hərəkət edən LaFerrari modelini videoçarxda gördüyünüz vəziyyətdə aşkar etmişdirlər.
Çox güman ki, bahalı superkarın sahibi videoçarxda əlində planşetlə gəzən qadındır. Ümid edirik ki, onun bank hesabında avtomobili təmir etdirmək üçün kifayət qədər məbləğ vardır. Ən azından avtomobilin sanballı sığortaya malik olmasına ümid edirik.
Çünki ilk baxışdan avtomobilin ciddi xəsarət almadığı görünsə də, onun ciddi təmirə ehtiyacı olduğu evakuatora yükləndiyi zaman görmək mümkündür.
Xatırladaq ki, Ferrari LaFerrari hiperkarı 2013-cü ildə Cenevrə beynəlxalq avtomobil sərgisində təqdim edilmişdi.
Avtomobil, tərkibinə 800 at qüvvəsi gücü olan 6,3-litrlik V12 mühərriki və 120 kilovat gücü olan elektromotor, litium-ion batareyaları və yeddi pilləli robotlaşdırılmış sürətlər qutusu daxil olan hibrid güc aqreqatı ilə hərəkətə gəlir. Hibrid aqreqatın ümumi gücü 963 at qüvvəsidir.
LaFerrari 100 km/saat sürətini 3,0 saniyəyə toplamaq imkanına malikdir. Avtomobilin maksimal sürəti 350 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılmışdır. Ferrari LaFerrari avtomobili 499 ədəlik tirajla istehsal edilmişdir.