28 yaşlı futbolçu qardaşı ilə birlikdə İspaniyanın Samora regionunda baş vermiş avtomobil qəzası zamanı həlak olub. Bu barədə İspaniyanın “Marca” nəşri xəbər yayıb. Nəşrin məlumatına görə, qəza Sanbaridəki A-52 avtomagistralının 65-ci kilometrliyində baş verib.

Vətəndaş qvardiyasının bəyənatında qəzanın səbəbinin yüksək sürətlə ötmə zamanı futbolçunun idarə etdiyi Lamborghini avtomobilinin şinin partlaması olduğu bildirilib. 

Yoldan çıxan avtomobil yanıb və nəticədə salonda olan iki şəxs – Dioqu Jota və onun kiçik qardaşı Andre həlak olub. Qeyd etmək gərəkdir ki, Andre də peşəkar futbolçu idi.

Jota bu il “Liverpul” komandasının tərkibində ingilis Premyer Liqasını, Portuqaliya yığmasında isə, Millətlər liqasını qazanıb O, 22 iyunda çoxillik rəfiqəsi Rita Kardozu ilə evlənib: cütlüyün 2021, 2022 və 2024-cü illərdə doğulmuş üç övladı var.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.