Bu gün Mizanoda keçirilən ilk sərbəst yürüşlərdə ən sürətli pilot Audi komandasının üzvü Loik Dyüval olub. Fransalı pilot Mizanodakı dövrəni 1.27,635 zamanla başa vuraraq ən yeyin zamana imza atıb.
Ümumiyyətlə Audi pilotları sərbəst yürüşlərdə böyük üstünlüyə malik olublar. Günün protokolunda ilk altı yeri İnqolştadt komandasının pilotları tutublar. Rene Rast ikinci, Niko Müller isəüçüncü nəticəni göstəriblər. Növbəti üç yeri Conatan Aberdin, Mayk Rokenfeller və Robin Frayns tutublar.
İlk onluğu tamamlayan pilotlar Marko Vittmann, Bruno Spenqler, Coel Eriksson və Filipp Enq olublar. Mizanoda keçirilən mərhələdə MotoGR çempionatında çıxış edən Andrea Dovitsiozo qonaq pilot qismində WRT komandasında Pyetro Fittipaldini əvəz edib. Fittipaldi isə öz növbəsində əməliyyat olmuş Ceymi Qrini əvəzləyib.