Bazar günü Mizanoda keçirilmiş ikinci təsnifat mərhələsinin qalibi gözlənilmədən Audi komandasının fransız pilotu Loik Dyüval olub. Audi RS5 DTM avtomobilinin rəqiblərindən zəif olmasını nəzərə alaraq bu poulu sensasiya adlandırmaq olar.
Sırlama sessiyası yağmurlu hava şəraitində baş tutub. Zəminin yaş olması trekdən çıxmalara da səbəb olub. Audi komandasının fransız pilotu Mizanodakı dövrəni 1.45,983 zamanla qət edərək, poulu həftəsonu ərizndə güclü olan Mercedes pilotlarının əlindən almağa müvəffəq olub. O, ikinci nəticəni göstərən Edoardo Mortaranı 0,103 saniyə, Daniel Hunkandellanı isə 0,513 saniyə üstələməyi bacarıb.
Digər Audi pilotu Mayk Rokenfeller də uğurlu çıxış edib. O, baza günü keçiriləcək yarışda Mortara ilə eyni sıradan start alacaqdır. Qüvvədə olan dünya çempionu Rene Rast da pis çıxış etməyib - o, beşinci nəticəni qeydə alıb. Rast birlikdə üçüncü cərgədən Marko Vittmann (BMW) start alacaqdır. Dördüncü cərgədə isə Niko Müller (Audi) və Qəri Paffett (Mercedes) qərarlaşıb. Nəhayət, ilk onluğu Timo Qlok (BMW) və Pol di Resta (Mercedes) tamamlayıb.