London şəhərinin hakimiyyəti şəhərin mərkəzində mühərriki işlək vəzyyətdə olan avtomobillərin dayanmasını qadağan etmək niyyətindədir. EveningStandart nəşrinin məlumatına görə, 4 fevral 2017-ci il tarixindən başlayaraq bu qaydalara riayət etməyənləri 80 funt-sterlinq (183 manat) cərimə gözləyir.
«Hava marşalları» adlı xüsusi qruplar park edilmiş, lakin mühərrikləri bir dəqiqən çox çalışan avtomobillərin dövlət nömrə nişanlarını qeydə alacaqdırlar. Qadağan minik avtomobillərinə, minivenlərə və avtobuslara şamil ediləcəkdir. Cərimə üç yazılı xəbərdarlıqdan sonra tətbiq ediləcəkdir. Bununla belə, cərimə 14 gün müddətində ödənilərsə onun məbləği 50% azaldılacaqdır.
Vestministerin icra hakimiyyətinin üzvü Hezer Ektonun sözlərinə görə, boş boşuna çalışan mühərrik şəhərin ekoloji vəziyyətinə mənfi təsir göstərir. Bununla bərabər o, sürücüləri ətraf mühitə təsir və şəxsi sağlamlıq məsələlərində daha diqqətli olmağa çağırmışdır.
Londonda təmiz hava uğrunda mübarizə proqramı çərçivəsində şəhər icra hakimiyyəti taksilərə qarşı yeni ekoloji tələbləri işləyib-hazırlamışdırlar. Belə ki, 2018-ci ildən xidmət göstərməyə yalnız elektriklə hərəkət edən nəqliyyat vasitələri buraxılacaqdırlar. Necə deyərlər - sağ əlləri Bakı şəhəri İcra hakimiyyətinin başına!