Los Ancelesdə keçirilən avtosalonda Audi şirkəti e-tron Sportback kupeşəkilli elektrik krossoverini təqdim edib. Adi Audi e-tron modelindən yeni kupe-kross təkcə kuzov forması ilə deyil, həmçinin yaxşılaşdırılmış aerodinamikası ilə seçilir. Modelin aerodinamik müqavimət əmsalı 0,28-dən 0,25-ə qədər azaldılıb ki, bu da əlavə 10 kilometrlik yürüyüşü təmin edib.
Audi e-tron Sportback modelinin qabarit uzunluğu 40901 mm, eni – 1935 mm, hündürlüyü isə 1616 mm ( - 13 mm ) təşkil edir. MLB modul platformasında inşa edilmiş kupe-kross standart olaraq klirensi 76 mm diapazonunda dəyişməyə imkan verən pnevmatik asqı ilə təchiz edilir.
Audi e-tron Sportback 55 quattro
Audi e-tron Sportback modeli ümumi hasilatı 313 at qüvvəsi və 540 Nm olan iki elektromotor ilə hərəkətə gəlir. Mühərriklər 71 kVs-lı litium-ion batareyasından qidalanırlar. 313 at qüvvəli kupe-kross 100 km/saat həddinə 6,8 saniyəyə sürətlənir. Audi e-tron Sportback modelinin maksimal sürəti 190 km/saat həddində elektronika tərəfindən məhdudlaşdırılıb. Bəyan edilmiş yürüş ehtiyatı 347 km (WLTP) təşkil edir.
Elektrokarın daha güclü e-tron Sportback 55 quattro modifikasiyası 95 kVs-lıq batareya və 360 at qüvvəli güc qurğusu ilə təchiz edilir ki, qısa müddət ərzində bu gücü 408 at qüvvəsinə qədər artırmaq da mümkündür. 55 indeksli krossover 100 km/saat həddini 5,7 saniyəyə toplayır və 200 km/saatlıq maksimal sürət həddinə malikdir. Dolu batareya ilə kupe-kross 446 km qət edir.
Audi e-tron Sportback modelinin Avropadakı satış qiyməti 71350 avrodan başlayır. Elektrokarın satışlarına gələn ilin yazında başlanaacaqdır.