Subaru şirkəti Los Anceles avtosalonunda xüsusi Ceramic White rənginə boyanmış WRX və WRX STI modellərini nümayiş etdirib. Tam ötürməli turbosedanlar idman asıqısına, seçilən tikişləri olan sükan çarxına, LED optikaya, zamşa ilə örtülmüş Recaro oturacaqlarına, lyuk və açarsız giriş sisteminə malik olacaqdırlar.
Subaru WRX sedanı kuzovun xüsusi çalarından başqa, tutqun bünüc rənginə boyanmış 18-düymlük təkər diskləri ilə seçilir. Sedan Bilstein idman asıqısı və öndə dördporşenli, arxada isə ikiporşenli qırmızı rəngli supportları olan Brembo əyləc sistemi ilə təchiz edilir. 2,0-litrlik dördsilindrli oppozit turbomühərrikinin hasilatı 268 at qüvvəsi və 350 Nm fırlanma anı təşkil edir. Ənənəyə müvafiq olaraq ötürmələr qutusu mexanikidir.
Subaru WRX STI sedanı da eyni təkmilləşdirmələrə malikdir. Sedan 19-düymlük bürünc rəngli BBS döymə təkər disklərinə, Michelin Pilot Sport Cup 2 şinlərinə, Bilstein STI asqısına, sükan reykasının gücləndirilmiş dayaqlarına və STI embleminə malik olan altıporşenli Brembo əyləc mexanizmlərinə sahib olub.
Subaru WRX STI modeli 310 at qüvvəsi və 407 Nm fırlanma anı hasil edən 2,5-litrlik turbomotor ilə hərəkətə gəlir. Güc aqreqatı firma simmetrik tam ötürmə sistemi və 6-pilləli mexaniki qutu ilə tandemdə çalışır.
ABŞ bazarında WRX modeli 34895 dollardan, WRX STI isə 43595 dollardan başlayan qiymətlərlə satılacaqdırlar. Hər bir model 600 nüsxəlik tirajla buraxılacaqdır. İlk avtomobillər müştərilərə 2020-ci ilin birinci rübündə çatdırılacaqdırlar.