Toyota şirkəti Los Ancelesdə işinə başlamış avtosalonda RAV4 Prime modelini təqdim edib. RAV4 Prime modeli tərkibinə 177 at qüvvəli 2,5-litrlik mühərrik və iki elektromotor (hər oxda biri yerləşən) daxil olan hibrid güc aqreqatı ilə hərəkətə gəlir. Güc qurğusunun ümumi hasilatı 306 at qüvvəsi təşkil edir.
Toyota RAV4 Prime krossoveri 60 mil/saat (97 km/saat) həddinə 3,8 saniyəyə sürətlənir ki, bu da standart hibrid modelində olduğundan iki saniyə yeyindir. Bu göstəriciyə görə, Prime əvvəlki nəsil 273 at qüvvəli 3,5-litrlik Toyota RAV4 modelindən də yeyindir. Həmin krossover 60 mil/saat hədddinə 6,3 saniyəyə sürətlənirdi.
Krossoverin litium-ion batareyası salonun döşəməsinin altında yerləşir. Onun tutumu açıqlanmasa da, qoşulan hibridin elektrik ötürməsi ilə 63 km məsafə qət etdiyi bildirilib. Pasport üzrə sərfiyyat göstəricisi 100 kilometrə 2,6 litrdir.
RAV4 Prime modeli adi krossoverdən idman tənzimləmələri olan asqısı, radiator barmaqlığının başqa tərtibatı və yeni bamperi ilə fərqlənir. Bundan başqa, Prime 18-düymlük təkər diskləri və 8-düymlük ekranı olan multimedia sistemi ilə təchiz edilir. Əlavə ödənişlə, 9-düymlük displeyi, JBL səs sistemi və ötürmələr qutusunun sükanaltı dəstəklərini sifariş etmək olar. Toyota RAV4 Prime modelinin Şiamli Amerikadakı satışlarına gələn ilin yayında başlanacaqır.