Ford şirkəti Şimali Amerika bazarı üçün nəzərdə tutulmuş EcoSport krossoveri rəsmi olaraq təqdim etmişdir. Yeni modelin rəsmi təqdimat mərasimi Los-Anjelesdə keçiriləcək avtosalonda baş tutacaqdır. ABŞ bazarı üçün hazırlanan krossover “avropalı” əkizindən eksteryerin və interyerin dizaynı ilə fərqlənir.
ABŞ-da satılacaq Ford EcoSport modeli başqa radiator barmaqlığını, dəyişdirilmiş ön bamperi və yeni işıq texnikasını əldə etmişdir. İnteryerdə isə, dəyişdirilmiş mərkəzi konsolu və multimedia sisteminin yeni ekranını görmək olar.
Şimali Amerika bazarında EcoSport modeli iki – 1,0-litrlik üç silindrli və 2,0-litrlik dörd silindrli benzin mühərrikləri ilə təklif ediləcəkdir. Güc aqreqatları alternativsiz olaraq altı pilləli avtomatik sürətlər qutusu ilə komplektləşdiriləcəkdirlər. 2,0-litlik mühərriki olan avtomobil tam çəkiş sistemi ilə də təchiz edilə bilər. Avtomobil təchizatına 10 dinamiki olan 675-vattlıq B&O PLAY səs sistemi, peyk radiosu, Apple CarPlay və Android Auto əlavələrini dəstəkləyən SYNC3 multimedia sistemi, mobil əlavə vasitəsi ilə avtomobilin vəziyyətini izləyən sistem və iki USB-port daxildir.
Satışlarına 2018-ci ildə başlanacq Ford EcoSport modeli ABŞ-da dörd təchizat səviyyəsində - S, SE, SES və Titanium səviyyələrində təklif ediləcəkdir.