Aria Group adlı dizayn atelyesi Los-Anjeles avtosalonunda «Fast Eddy» adlı konsept avtomobilini nümayiş etdirmişdir. Amerikalılar bu konsepti ortamühərrikli Corvette adlandırırlar. Avtomobilə maraq olduğu təqdirdə, firma onun kiçik seriya ilə istehsalını təşkil etməyi öhdəsinə götürmüşdür.
Konsept, General Motors konserninin dizaynerlərindən olan «Yeyin Eddi» ləqəbli Ed Teylorun şərəfinə adlandırılmışdır. Vaxtı ilə Ed Teylor amerikan istehsalçısının bir sıra məşhur klassik modellərinin yaranmasında iştirak etmişdir ki, buna da misal olaraq Corvette C4 avtomobilini göstərmək olar. Digər tərəfdən Teylor Aria Group firmasının təsisçilərindən birinin atasıdır.
21 illik tarixə malik olan firma iri avtomobil istehsalçıları üçün konsept avtomobillərinin hazırlanması ilə məşğuldur. Firma əlbəttə ki, GM konserni ilə də əməkdaşlıq edir. Bundan başqa firma Singer şirkəti ilə birlikdı klassik Porsche avtomobillərinin təkmilləşdirilməsində də iştirak edir. Öz növbəsində Fast Eddy müxtəlif illərin Corvette modelləri ruhunda hazırlanmış, lakin, mühərrikə və interyerə malik olmayan şou avtomobilidir. Misal üçün avtomobilin arxa hissəsinin dizaynı ikinci nəsil Corvette modelini xatırladır. Ortamühərrikli sportkarın əsasını karbondan hazırlanmış monokok təşkil edir.
Avtomobilin kuzovunun da karbondan hazırlanması nəzərdə tutulur. Kupe üçün 650 at qüvvəli 6,2-litrlik mexaniki üfürməli V8 mühərrikinin və altı pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusunun istifadə edilməsi planlaşdırılır.
Aria Group mütəxəssislərinin sözlərinə görə, sportkar 60 mil/saat (96 km/saat) sürətini 2,6 saniyəyə, 100 mil/saat (160 km/saat) sürətini isə 5,6 saniyəyə toplayacaqdır. 402 metrlik dreq məsafəsini avtomobil 10.1 saniyəyə qət etməlidir. Onun maksimal sürətinin 338 km/saat olacağı ehtimal edilir.
Firma nümayəndələri avtomobilə tələbatın olduğu halda 100 yaxın sportkar buraxacaqlarını və ilk avtomobilin iki il ərzində hazır olacağını bildirmişdirlər. Aria Fast Eddy modelinin ehtimal edilən qiyməti, spesifikasiyasından asılı olaraq, iki yüz mindən bir milyon dollar arasında olacağı bildirilmişdir.