Los-Anjelesdə keçirilən avtosalonda Aston Martin şirkəti Vanquish S ekstremal kupesini təqdim etmişdir. İdman avtomobili yenidən baxılmış ekstreyer dizaynına və gücü 600 at qüvvəsinə qədər yüksəldilmiş 5,9-litrlik V12 mühərrikinə sahib olmuşdur.
Aston Martin Vanquish S superkarı ənənəyə uyğun olaraq Coupe və Volante modifikasiyalarında təklif ediləcəkdir.
İstehsalçının nümayəndələrinin bildirdiyinə görə, təqdim edilmiş avtomobil “Vanquish modelinin daha maraqlı kəskin hissiyatlar bəxş edən və yüksək məhsuldarlığa malik olan ən ekstremal variantıdır”. Adi sportkarla müqayisədə Aston Martin Vanquish S tərkibinə karbondan hazırlanmış ön splitter və buraxılış sisteminin dörd borusu quraşdırılmış diffuzor da daxil olan daha aqressiv aerodinamik kuzov dəsti ilə seçilir.
Avtomobilin salonunda eksklyuziv tərtibatı, Bang&Olufsen səs sistemini və naviqasiyası olan AMi III multimedia sistemini görmək olar.
Avtomobilin kapotunun altında 600 at qüvvəsinə malik olan V12 mühərriki yerləşdirilmişdir. 5,9-litrlik mühərrikdən kiçik seriyalarla buraxılan Vanquish Zagato kupe və kabrioletinin istehsalında istifadə edilir. Güc aqreqatı ilə birlikdə təkmilləşdirilmiş 8-pilləli Touchtronic sürətlər qutusu çalışır. Verilmiş məlumatda Aston Martin Vanquish S modelinin 100 km/saat həddinə 3,5 saniyəyə sürətləndiyi və 295 km/saat maksimal sürətə malik olduğu bildirilir. Bu modelin satışlarına ilin sonuna kimi başlanmalıdır. 2018-ci ildə istehsalçı Vanquish modelinin 820 at qüvvəli 5,2-litrlik V12 turbomühərriki ilə təchiz edilmiş xələfini təqdim edəcəkdir.