Honda şirkəti Los-Anjelesdə işinə başlamış avtosalonda kupe kuzovlu Civic modelin “qaynar” versiyasının prototipini təqdim etmişdir. Yapon istehsalçısı bu kupenin seriya variantının “Civic modelinin tarixində ən yeyin və güclü Si-versiyasının” olduğunu bildirirlər.
Prototip tərkibinə arxa antiqanad, 235/35 şinləri ilə təchiz edilmiş 19-düymlük yüngül lehimli təkər diskləri və mərkəzdə yerləşdirilmiş buraxılış sisteminin boruları daxil olan aerodinamik kuzov dəstini əldə etmişdir. Honda Civic Si modeli 1,5-litrlik dörd silindirli turbomühərrik və altı pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilmişdir. Qeyri rəsmi məlumatlara görə, mühərrik 220-230 at qüvvəsinə malik olacaq və 205 at qüvvəli 2,4-litrlik atmosfer mühərrikini əvəz edəcəkdir.
Honda Civic Si prototipi ön idman oturacaqlarını, transmissiyanın selektorunun və pedalların alüminium örtüyünü, həmçinin rəqəmsal cihazlar panelini əldə etmişdir. Yapon mütəxəssisləri seriya avtomobilinin adaptiv asma, yüksək sürtümə differensialı və idman şinləri ilə təchiz ediləcəyini bildirmişlər. Yapon markasının böyük vitse-prezidenti Ceff Konrad “bu avtomobil müştərilərimizə təklif etdiyimiz ən yüyin və yaxşı idarə edilən model olacaqdır” demişdir. Avtomobilin seriya variantının istehsalına gələn il başlanacaqdır.