Jaguar şirkəti Los-Anjelesdə Britaniya markasının ilk elektrokarını təqdim etmişdir. Jaguar İ-Pace adlandırılmış prototipin seriya variantı 2017-ci ildə təqdim ediləcəkdir. Elektrokarın satışlarına 2018-ci ildə başlanacaqdır.

Jaguar İ-Pace elektrik krossoveri yeni modul platformasında yığılmışdır. Bu platformanın əsasını 90 kilovatt-saatlıq tutumu olan və alüminiumdan hazırlanmış ramaya quraşdırılmış litium-ion batareyalar bloku təşkil edir.  Bu ramaya Jaguar F-Pace krossoverindən götürülmüş asma sistemi bərkidilir.

Elektrik krossoveri iki elektrik mühərriklərinin köməyi ilə hərəkətə gəlir. Tam çəkişli krossoverin elektrik  qurğusunun ümumi  gücü 400 at qüvvəsi, fırlanma anı isə 700 Nm təşkil edir. İ-Pace yerindən 60 mil/saat həddinə (96 km/saat) dörd saniyəyə sürətlənir. Jaguar İ-Pace krossoverinin yürüş məsafəsi 500 kilometr təşkil edir.  Xüsusi qidalanma qurğusu sayəsində akkumulyatorların ehtiyatının 80 faizini 90 dəqiqəyə bərpa etmək mümkündür.

Dörd sərnişin üçün nəzərdə tutlmuş elektrokrossover 530 (arxada) və 28 (öndə) litrlik baqaj bölümlərinə malikdir. Elektromobil rəqəmsal cihazlar paneli, 12-düymlük sensorlu ekranı olan multimedia sistemi və sükan çarxının qollarında quraşdırılmış sensorlarla təchiz edilmişdir.

Jaguar şirkətinin nümayəndələri İ-Pace modelinin seriya variantının konseptdən cüzi şəkildə fərqlənəcəyini bildirmişdirlər.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt
Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt