Los-Anjelesdə keçirilən avtosalonda Lexus şirkəti yenilənmiş Lexus İS sedanının qeyri adi variantını ziyarətçilərə təqdim etmişdir. Lexus Sritacha İS Concept adını almış “qaynar” avtomobil, Sriracha istiotlu çili sousunun istehsalçısı olan Huy Fong Foods firması ilə birlikdə hazırlanmışdır.
Sriracha sousunun şərəfinə adlandırılmış konseptual sedan eksteryerin eksklyuziv rənginə malikdir. Belə ki, İS modelinin kuzovu Sriracha Red adlanan unikal rəngə boyanmışdır. Bundan başqa, sedan yaşıl rəngə boyanmış əyləc supportlarını, dönmə işıqlarını, buraxılış sisteminin borularını və radiator barmaqlığının haşiyəsini əldə etmişdir. İstehsalçının nümayəndələrinin sözlərinə görə, eksklyuziv boyanın hazırlanmazı zamanı Lexus mütəxəssisləri boyaya əsil çili də qatılmaqla təcrübə də aparmışdırlar. Bundan əlavə, “sousdan” sükan çarxında quraşdırılmış əlavələrin boyanmasında da istifadə edilmişdir.
Eyni zamanda, Lexus Sriracha İS Concept modeli yeni “Sriracha” rejimini də əldə etmişdir ki, bu isə, əslində idarəetmə elektronikasının adi “Sport” rejimidir. Yeni avtomobilin xüsusiyyətlərinin təqdimat zamanı, Lexus şirkətinin nümayəndələri “Sriracha” isminin, “incə” və “qaynar” İS sedanı üçün ən ideal ad olduğunu söyləmişdirlər.
Yeganə nüsxədə hazırlanmış Lexus Sriracha İS Concept avomobilin təchizatına mətbəx əlcəkləri daxil edilmişdir ki, onlar da sükana toxunun zaman əli “yanmaqdan” qoruyurlar. Bundan başqa avtomobil, modelin loqotipi olan bir cüt gödəkcə və tələb olduqda sous sıxmaq mümkün olan uzaqdan idarəetmə breloku ilə təchiz edilmişdir.