Mazda şirkəti bu gün işinə başlayan Los-Anjeles avtosalonunda CX-5 krossoverinin ikinci nəslini təqdim etmişdir. Yeni krossover sələfinin şassisi və mühərrik çeşidini qoruyub-saxlamış, eyni zamanda bir il bundan öncə debüt etmiş Mazda CX-9 krossoverinin üslubunda dizayna malik olmuşdur.
Mazda CX-5 krossoveri 2,0 (160 və 165 at qüvvəsi) və 2.5-litrlik (192 at qüvvəsi) benzin, həmçinin 2,2-litrlik (150 at qüvvəsi) dizel mühərriki ilə təchiz edilir. Güc aqreqatları altı pilləli “mexanika” və ya ”avtomatla” komplektləşdirilir. Krossover öndə McPherson, arxa da isə çoxqollu asma ilə təchiz edilir. Bununla belə, ön asma daha iri diametri və maye ilə doldurulmuş amortizatorlar əldə etmişdir. Bundan başqa, CX-5 daha sərt bərkitməli sükan müxanizmi ilə təchiz edilir. Yeni Mazda CX-5 kuzov sərtliyi yüksək dözümlü materiallardan istifadə sayəsində 15,5 faiz gücləndirilmiş, əvvəlki krossoverə nisbətən ön dayaqlar 35 millimetr geriyə çəkilmiş, səs izolyasıyası yaxşılaşdırılmışdır.
Yeni krossover sələfindən 10 millimetr enlidir və baqaj bölümünün həcmi 505 litrə (+5 litr) bərabərdir.
Avtomobilin interyerində də dəyişikliklər nəzərə çarpır – multimedia sisteminin ekranı, havalandırma sisteminin deflektroları, klimatik qurğunun paneli və sükan çarxı yenilənmişdir. İkinci nəsil Mazda CX-5 modelinin təchizatına birləşdirilən tam çəkiş sistemi, differensialın qapanmasını təqlid edən G-Vectoring Control funksiyası, Bose səs sistemi, adaptiv kruiz-kontrol, yol nişanlarını aşkarlayan sistem, proyeksiya displeyi və başqa sistemlər daxil edilmişdir.