Mercedes-Benz şirkəti Maybach ailəsinin yeni üzvü olan Mercedes-Maybach S650 Cabriolet modelini Los-Anjelesdə keçirilən avtosalonda təqdim etmişdir. Əvvəldən də məlum olduğu kimi, dəbdəbəli kabriolet Mercedes-Benz S-Class Cabrilet modelinin əsasında hazırlanmışdır.

Yeni kabriolet adi S-Class Cabriolet modelindən dəyişdirilmiş bamperlərlə, əlavə xrom elementlərlə və unikal 20-düymlük təkər diskləri ilə seçilir. Mercedes-Maybach S650 Cabriolet modelinin salonu tamamilə yüksək kefiyyətli dəri ilə örtülmüşdür. Bundan başqa, kabrioletin interyerində əsil ağacdan hazırlanmış dekorativ elemetləri və Maybach loqotiplərini müşahidə etmək olar. Əlavə olaraq, stəkanaltıların önündə avtomobilin sıra sayı göstəriləcəkdir. Əvvəldə məlumat verdiyimiz kimi, dəbdəbəli kabriolet 300 ədədlik məhdud tirajla istehsal ediləcəkdir. Dəbdəbəli kabriolet Mercedes-AMG S65 Cabriolet modelindən tanış olan altı litrlik iki turbokompressorlu V12 mühərriki ilə təchiz edilmişdir.

Bu mühərrik 630 at qüvvəsi və 1000 Nm fırlanma anı təklif edir. Güc aqreqatı yeddi pilləli “avtomatla” birgə çalışır. 

100 km/saat həddinə Mercedes-Maybach S650 Cabriolet modeli 4.1 saniyəyə sürətlənir.  Kabrioletin standart təchizatına Swarovski kristalları olan fənərlər , həmçinin sürücü və sərnişinin boyun və baş hissəsinə isti hava kütləsini yönləndirən sistem daxildir.

Əlavə olaraq kabrioletin sahibi, salonun üzlənilməsində istifadə edilmiş dəridən hazırlanmış dörd ədəd çantanı, avtomobil üçün örtüyü, nappa dərisindən hazırlanmış açar üçün breloku və Daimler konsernin rəhbəri Diter Çetşe tərəfindən imzalanmış sertifikatı əldə edir.

Hər birinin dəyəri 300 min avro olan Mercedes-Maybach S650 Cabriolet modelinin sifarişçilərə nə zaman təhvil veriləcəyi məlum deyildir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt