Los-Anjeles avtosalonunda Nissan Sentra modelinin “qaynar” Nismo versiyası təqdim edilmişdir. Nissan Sentra Nismo modeli şassinin xüsusi tənzimləmələrini, aqressiv kuzov dəstini və xüsusi tərtibatlı salonu əldə etmişdir. 1,6-litrlik turbomühərriklə təchiz edilmiş sedanın satışlarına gələn il başlanmalıdır.

Nissan Sentra Nismo modeli Sentra SR Turbo modelindən alınmış 188 at qüvvəsinə və 240 Nm fırlanma anına malik olan mühərriklə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki və ya xüsusi olaraq hazırlanmış Xtronic variatoru ilə birgə çalışır. Bundan əlavə, Nismo variantı digər yay və amortizatorlarla, sükan elektrik gücləndiricisinin tənzimləmələri və böyüdülmüş əyləc mexanizmləri ilə seçilir. Avtomobilin klirensi də azaldılmış, həmçinin sedan 18-düymlük təkər diskləri ilə təchiz edilmişdir.

Nissan Setra Nismo modelini yan tərəfdə dekorativ hava girişləri olan bamperdən, geniş yan kandarlardan, arxa diffuzordan və qırmızı rəngli haşiyələrdən tanımaq mümkündür.

Avtomobilin salonundan karbondan işləmələri, həmçinin alcantara ilə örtülmüş və “mərkəzi” göstərən sükan çarxını görmək olar. Nissan Sentra Nismo ABŞ-da 25 min dollardan başlayan qiymətlərlə satılacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt