Porsche şirkəti Panamera modelinin iki yeni modifikasiyası ilə yanaşı Los-Anjelesə yeni 911 RSR yarış avtomobilini gətirmək niyyətindədir. Dünən bu məlumatı təsdiq edən tizer internet şəbəkəsində yayılmışdır. Porsche 911 RSR modeli WEC (dünya dözümlülük) çempionatında iştirak edəcəkdir.
Hələlik Porsche şirkəti “döyüş” avtomobili barədə heç bir məlumat verməmişdir. Xatırlatmaq istərdik ki, bu sportkarın prototipnin təqdimatı yaz aylarında Vaysaxda keçrilimişdir ki, bu tədbirdə də jurnalistlər və avtomobilin hazırlanmasında çalışmış test-pilotlar iştirak etmişdirlər.
Yeni yarış avtomobili nəinki WEC çempionatında, həmçinin IMSA WeatherTech SportsCar Championship və Le-Mans Series çempionatının Avropa və Aziya seriyalarında iştirak edəcəkdir. Avtomobilin iştirak edəcəyi ilk yarış, gələn ilin yanvar ayında keçiriləcək “Daytonanın 24 saatı” marafonu olacaqdır.