Bu gün Los-Anjelesdə keçirilən avtosalonda həmyerlimiz Samir Sadıxodun dizayneri olduğu Rezvani Beast Alpha modelinin təqdimatı keçirilmişdir. Faktiki olaraq yeni model Beast spayderinin bağlı variantıdır. Lakin, Beast modelindən fərqli olaraq Beast Alpha modelində Lotus monokokundan istifadə edilmişdir. Rezvani Beast Alpha modelinin qabarit uzunluğu 4145 miilimetr, hündürlüyü isə 1105 millimetrdir. Müqayisə üçün Mazda MX-5 modeli 3914 millimetr uzunluğa və 1234 millimetr hündürlüyə malikdir.

Rezvani Beast Alpha modeli ən seçilən elementlərindən biri Sidewinder tipli qapılarldlr. Qeyd etmək lazımdır ki, belə tipli qapılar bu günə qədər sportkarlarda təklif edilməmişdir. Belə növ qapılarla adətən minivenlər təchiz edilir. Yeni qapılar və çıxarıla bilən tavan, karbondan kuzovu və alüminium monokoka malik olan avtomobilin çəkisini 885 kiloqrama qədər artırmişdir. Xatırladaq ki, Beast modeli 748 kiloqramdır. Rezvani Beast Alpha klimatik sistemi, dəri və alkantara ilə üzlənmiş interyeri əldə etmişdir.

İstehsalçı Rezvani Beast Alpha kupesinin 500 at qüvvəsi olan 2,4-litrlik Honda mühərriki ilə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki və ya sekvental sürətlər qutusu ilə birgə çalışır. Artmış çəki avtomobilin sürətlənməsinə təsir göstərmişdir. Sekvental qutu ilə təchiz edilmiş Beast Alpha yerindən 96 km/saat sürətini 3,2 saniyəyə toplayır. Onun maksimal sürəti isə 282 km/saat təşkil edir. İstehsalçı yeni modelin qiymətlərinin 200 min dollardan başladığını bəyan etmişdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt