Volkswagen şirkəti Los-Anjeles avtosalonunda Passat GT Concept prototipini nümayiş etdirmək niyyətindədir. Prototip alman istehsalçısının Çattanuqadakı zavodunun əməkdaşları tərəfindən hazırlanmışdır.

Prototip 20 növ müxtəlif dəyişikliklərə məruz qalmışdır ki, bunların da sırasıda əfsanəvi GTİ modelinə həsr edilmiş qırmızı haşiyələri olan qara rəngli radiator barmaqlığı vardır.

Digər dəyişikliklər isə bamperlərin unikal tərtibatından, pəncələrin haqa haşiyəsindən, 15 millimetr azaldılmış klirensdən və 19-düymlük Tornado disklərindən ibarətdir. Volkswagen Passat GT Concept modelinin salonunda karbondan işləmələri, seçilən tikişləri olan qara-boz rəngli idman oturacaqlarını, qara örtüklü tavanı və mərkəzi konsolun lakla işlənməsini görmək olar.

Avtomobilin kapotu altında 280 at qüvvəsinə malik olan 3,6-litrlik VR6 mühərriki yerləşmişdir. Güc aqreqatı altı pilləli iki muftalı robotlaşdırılmış DSG sürətlər qutusu ilə birgə çalışır. Bundan əlavə, Passat GT Concept trapesiya şəkilli çıxış boruları olan idman buraxılış sistemi ilə də təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt