Hyundai Motor Company şirkətinin premium avtomobillər istehsal edən Genesis subbrendi Los-Anjeles avtosalonunda Genesis G80 sedanının təkmilləşdirilmiş variantını və sedanın idman modifikasiyası olan Genesis G80 Sport modelini təqdim edəcəkdir.

Premial sedanın idman modifikasiyası Şimali Amerika bazarında 3.3-litrlik V6 mühərriki ilə təklif ediləcəkdir. Altı silindirli mühərrik 365 at qüvvəsinə və 477 Nm fırlanma anına malikdir. Güc aqreqatı təkmilləşdirilmiş 8 pilləli avtomatik sürətlər qutusu ilə komplektləşdirilir. Bundan başqa, “qaynar” sedan 19-düymlük təkər disklərinə,  havalandırmalı əyləc dmexanizmlərinə və yenidən tənzimlənmiş asmaya malik olmuşdur.

Eyni zamanda, Genesis G80 Sport modeli daha aqressiv aerodinamik kuzov dəstini, xromla örtülmüş radiator barmaqlığını, əlavə idman aksentlərini və ön tərəfdəki tordan əlavələri əldə etmişdir. Sportsedanın salonunda seçilən tikişləri olan idman oturacaqlarını, dəri, zamşa, əsil taxta və karbondan olan elementləri görmək mümkündür. “Qaynar” sedanın boya çeşidinə Polar İce və Sevilla Red rəngləri daxil edilmişdir.

Adi Genesis G80 sedanına gəldikdə isə, yenilənmədən sonra avtomobil Casablanca White, Caspian Black və Himalayan Grey rənglərini, yeni bamperləri, təkər disklərini, radiator barmaqlığını və salonun yeni tərtibat variantlarını əldə etmişdir. Sedan əvvəlki kimi, 311 at qüvvəli 3.8-litrlik V6 və 420 at qüvvəli 5.0-litrlik V8 mühərrikləri ilə təchiz edilir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt