Bu gün işinə başlayan Los-Anjeles avtosalonunda Chevrolet şirkəti ziyarətçilərə xüsusi sürpriz hazırlayıb: amerikan istehsalçısı ekstremal Corvette ZR1 modelinin açıq variantını nümayiş etdirib. Xatırladaq ki, yeni kabriolet bir müddət bundan öncə debüt edən ZR1 kupesi ilə eyni xarakteristikalara malikdir. Yeganə fərq çəkidədir - kabriolet kupedən 60 kiloqram ağırdır.
Corvette ZR1 modelinin kapotu altında 766 at qüvvəsi və 969 Nm fırlanma anı hasil edən 6,2-litrlik V8 mühərriki qiraşdırılıb. LT5 indeksini almış güc aqreqatı Corvette Z06 modelinin LT4 mühərrikinin əsasında yaradılıbdır.
Mühərrik kombinə edilmiş çiləmə sisteminə (yanacağın çilənməsi həm giriş kollektoruna, həm də silindrə aparılır), təkmilləşdirilmiş interkulerə, gücləndirilmiş dirsəkli vala və həcmi 2,6-litrə qədər yüksəldilmiş Eaton kompressoruna sahib olub. Giris sistemi aktiv çəpərciklərlə təchiz edilibdir.
Güc aqreqatı iki növ ötürmələr qutusu ilə təchiz edilə bilər: sifarişçlər yeddi pilləli mexaniki və səkkiz pilləli avtomatik ötürmələr qutusu arasında seçim edə bilərlər.
Corvette ZR1 modelinin köndələn ressorlardan ibarət asqı sistemi prinsipcə dəyişməz olaraq qalır. Lakin, asqı sisteminin tənzimləmələrinə yenidən baxılmış və elektronika ilə idarələnən Magnetic Ride amortizatorları əlavə edilmişir. Standart olaraq kupe karbon-saxsı əlyəc mexanizmləri və 20-düymlük təkər diskləri ilə də təchiz edilir.
Adi Corvette modelinə nisbətən ZR1 variantı genişləndirilmiş hava girişlərinə, qurğu və aqreqatların etibarlı soyudulması üçün dörd əlavə radiator malik olub. Artıq ZR1 modelindəki radiatorların sayı 13 çatıb. Avtomobilin aerodinamikası da ciddi şəkildə təkmilləşdirilib. Avtomobil arxa hissədə “alçaq” antiqanada və ön splitterə sahib olub ki, bu da Z06 variantına nisbətən 70% əlavə yerəbasma gücü hasil etməyə imkan verir. İlan kimi qıvrılan yollarda avtomobili idarəetməyə üstünlük verənlərə ZTK Performance dəsti təklif olunur.
Bu dəstin tərkibinə iki vəziyyətdə tənzimlənən “hündür” antiqanad, iri ön splitter, yenidən tənzimlənən asqı və Michelin Pilot Sport Cup 2 şinləri daxildir. Kupe kuzovlu Corvette ZR1 1598 kiloqram çəkiyə malikdir. Kabrioletin çəkisi isə, 1658 kiloqram təşkil edir. Avtomobilin maksimal sürəti 338 km/saat təşkil edir. Modelin təchizatına isitməli və havalandırmalı dəri oturacaqlar, klimat-kontrol , Bose səs sistemi daxildir. Corvette ZR1 kupe və kabrioletinin ABŞ-dakı satışlarına 2018-ci ilin yazında start veriləcəkdir.