Lincoln şirkəti Los-Anjelesdə keçirilən avtosalonda yenilənmiş MKC krossoveri ilə yanaşı Nautilus modelini də nümayiş etdirib. Lincoln Nautilus krossoveri Amerikada populyar olan MKX modelinin əvəzləyəcəkdir.
Amerikan istehsalçısı, krossoverin adının dəyişdirilməsinin başlıca səbəbinin, Lincoln müştərilərinin bütov adlar görmək arzusunun olduğunu göstərib.
Bu o deməkdir ki, yaxın zamanlarda MK seriyasından olan avtomobillərin adlarında dəyişikliklər ediləcəkdir. Lincoln Nautilus modeli amerikan istehsalçısın son modellərinə məxsus dizayn üslubunda cizgilərə malikdir. Bunlara misal olaraq, Continental sedanının üslunda hazırlanmış radiator barmaqlığını göstərmək olar. Krossoverin mühərrik çeşidinə 245 at qüvvəli dörd silindrli 2,0-litrlik və 335 at qüvvəli 2,7-litrlik altı silindrli EcoBoost mühərrikləri daxilibdir. Hər iki güc aqreqatı səkkiz diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaqdırlar. Lincoln Nautilius modeli yeni tam ötürməli çəkiş sistemi ilə təklif edilir.
Yanacağa qənaət etmək üçün adi halda dartma qüvvəsi ön oxa ötürüləcəkdir. Ehtiyac olduqda, elektronika arxa oxu birləşdirəcəkdir.
Modelin avadanlıq siyahısına zolaqda saxlama funksiyası, həmçinin avtomobili tam dayandıraraq yenidən hərəkətə başladan adaptiv kruiz-kontrol sistemi daxil olubdur. Bundan başqa, krossoverin mühərrik çeşidinə daxil olan hər iki mühərrik start-stop sistemi ilə təchiz edilir. Lincoln Nautilius modelinin təchizatına rəqəmsal cihazlar paneli, Sync 3 əyləncə-məlumat sistemi, 22 istiqamətdə tənzimlənən ön oturacaqlar daxildir. İstehsalçının bildirdiyinə görə, yeni model arxa sərnişinlərin ayaq zonasında daha geniş məkan təklif edir.
Lincoln Nautilus modelinin daha dəbdəbəli variantına sahib olmağı arzulayanlar Black Label modifikasiyasına nəzər salmalıdırlar. Lincoln Nautilus modeli gələn ilin yazında Amerika Birləşmiş Ştatlarında satışa çıxarılacaqdır.