Toyota şirkəti Los-Anjelesdə «sərgüzəştlər» krossoveri kimi səciyyələndirdiyi Future Toyota Adventure Concept (FT-AC) konseptini təqdim edib. Prototipin ən maraqlı xüsusiyyəti ön bamperdəki duman əleyhinə çıxarılan fənərlərdir ki, onları əl fənəri kimi də istifadə etmək olar.
Bundan başqa, konsept yazılanları «bulud» anbarına avtomatik yükləmə funksiyası olan infraqırmızı kameralar ilə təchiz edilib.
Krossoverin təchizatına qanadların və bamperlərin müdafiə örtmələri, 20-düymlük təkər diskləri və yolsuzluq şinləri, dörd yedək qarmaqları və işıqdiodlarından optika daxil edilib.
Avtomobilin damındakı baqaj idman və turizm ləvazimatları üçün nəzərdə tutulub. Ön hissədə quraşdırılan işıqdiodlarından hazırlanan qabarit işıqlarını avtomobilin ətrafındakı məkanın və yaxud yolun işıqlandırılması üçün istifadə etmək olar. Bundan başqa, onları yan güzgülərdə quraşdırlan infraqırmız kameraların işartıları kimi işlətmək də mümkündür.
Duman əleyhinə fənərlər kimi, kameraları da çıxardaraq dəbliqəyə və ya velosipedə quraşdırmaq mümkündür. Quraşdırılmış Wi-Fi nöqtəsi sayəsində çarxlar avtomatik olaraq «bulud» anbarına yüklənəcəkdir. Bununla yanaşı, bu funksiyadan canlı yayım üçün də istifadə etmək olar. Krossover geolokasiya funksiyası ilə təchiz edilibdir ki, bu funksiyanın köməyi ilə yolu itirən turistlər düşərgəyə qayıtmaq imkanına malikdirlər.
Toyota nümayəndələri FT-AC konseptinin dizayn-layihə olduğunu bildiriblər. Lakin, avtomobilin seriyaya getməsi halında, onun benzin mühərriki və dartma vektoruna nəzarət funksiyası olan tam çəkiş sistemi, idarəetmə elektronikasının müxtəlif rejimləri və oxlararası differensialın qapanması ilə təchiz edilə bilərdi.
Həmçinin, hibrid güc aqreqatının istifadəsi də istisna edilmir.