Lotus şirkəti Evija hiperkarının texnologiyalarına əsaslanan E-R9 elektrik idman avtomobilinin konseptini təqdim edib. Layihə o qədər futuristdir ki, onun nə zamansa işıq üzü görməsi mümkün deyil. Əsas ideya - 2030-cu ildə dözümlülük üzrə çempionatda iştirak edəcək avtomobillərin necə olacağını göstərməkdir.
Yarış elektromobili Lotus Engineering törəmə şirkəti tərəfindən yaradılıb, şirkətin elektrifikasiya və aerodinamika səhəsindəki nailiyyətlərinin texnoloji vitrinidir. E-R9 elektrokarının yaradılması, aerodinamikadan məsul olan Riçarrd Hill və Geely Group Motorsports International bölməsinin texniki direktoru Liss Kerrin daxil olduğu mühəndislər qrupu tərəfindən həyata keçirilib.
Avtomobilin dizaynı üzərində Rassell Karrın rəhbərlik etdiyi Lotus dizayn mərkəzinin mütəxəssisləri işləyiblər. Layihənin adındakı E-R qısaltması Endurance Racer deməkdir, “9” rəqəmi isə Kolin Çapmən tərəfindən yaradılmış Lotus Mark IX modelinə işarədir.
E-R9 layihəsində itifadə edilən texnologiyaların bir hissəsi Evija kupesindən götürülmüşdür. İdman avtomobili dörd müstəqil elektrik mühərriki ilə hərəkətə gəlirr, bunun sayəsindədartma vektoruna nəzarət reallaşdırılır. Cərəyan mənbəyi olaraq, qabaqcıl daxili kimyası olan və qaynar dəyişməni dəstəkləyən batareya çıxış edir.
Digər xüsusiyyətlər arasında, delta şəkilli profilində yerləşən formasını dəyişdirən kuzov panelləri vardır. Onlar hərəkətin xarakterinə uyğunlaşır və hava axınlarını tənzimləyirlər.
Arxadakı şaquli səthlər də vacib funksiyanı yerinə yetirir: yüksək sürətlərdə, onlara təsir edən əlavə aerodinamik qüvvələrin köməkliyi ilə, avtomobilin istiqamətini dəyişdirməyə yardım edirlər. Planlaşdırıldığı kimi, bütün bunlar qırıcı təyyarədəki uçuşa bənzəyəcəkdir.
Düzdür, 2030-cu ilə qədər E-R9-u sınaqdan keçirmək mümkün olmayacaqdır. Digər tərəfdən, layihənin bir fantaziya olaraq qalma ehtimalı çox yüksəkdir.