Lotus şirkəti Evora Sport 410 modelinin unikal xüsusi modifikasiyasını təqdim etmişdir. Bu modifikasiya "Məni sevən cəsus" filminin baş qəhrəmanı Ceyms Bondun amfibiya avtomobilinə, yəni modifikasiya edilmiş Lotus Esprit S1 sportkarına həsr edilmişdir. Bu il filmin 40 yaşı tamam olur.
Yeni modifkasiya üzərində Lotus Exclusive xüsusi bölümünün əməkdaşları çalışmışdırlar. Sportkarın kuzovu ag-qara rəng sxemi ilə seçilir. Özü də, qara zolaqlar təkcə aerodinamik dəstdə və yan tərəfdə deyil, həmçinin arxa işıq texnikasının ətrafında da çəkilmişdirlər.
Bununla belə, unikal avtomobilin salonundakı qapı panelləri və oturacaqları da qara-qlrmızı rəngli şotland damaları ilə bəzədilmişdir. İnteryerin tərtibatında alkantara və seçilən tikişlərdən istifadə edilmişdir.
Texniki cəhətdən avtomobil dəyişikliyə məruz qalmamışdır. Lotus Evora Sport 410 modeli 410 at qüvvəsi və 410 Nm fırlanma anı olan 3,5-litrlik V6 mühərriki ilə təchiz edilir. Güc aqreqatı altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə komplektləşdirilə bilər. 1325 kiloqram çəkiyə malik olan sportkar 100 km/saat sürətini 4,2 saniyəyə toplayır və 300 km/saat maksimal sürətə malikdir.
Xüsusi avtomobilin Lotus şirkətinin müştərilərindən birinə satılacağı məlumdur. Yeganə məlum olmayan avtomobilin qiymətidir.