Çinin Geely konserninə məxsus olan Lotus şirkəti, model çeşidinin elektrikləşdirilməsi planını açıqlayıb. Plana əsasən, önümüzdəki beş il ərzində istehsalçı dörd yeni “batareyalı” avtomobil buraxacaq və onlardan birincisi krossover olacaqdır.
Bununla, idman avtomobilləri istehsalçısı özü üçün yeni olan seqmentə müdaxilə etməyi planlaşdırır. Modellərin əsasını yeni Lotus Premium platforması təşkil edəcək, onların istehsalı isə Çinin Uhan şəhərində tikilməkdə olan zavod məşğul olacaqdır.
Type 132 kod adı verilən E seqmentindən olan krossover Lotus markasının ilk yeni modeli olacaq və 2022-ci ildə debüt edəcəkdir. Onun ardınca, tədimatı 2023-cü ilə planlaşdırılan dördqapılı kupe (Type 133) işıq üzü görəcəkdir. 2025-ci ildə isə, D seqmentindən olan digər krossover (Type 134) debüt edəcəkdir. Nəhayət, 2026-cı ildə onlara Type 135 kod adlı elektrik sportkarı qoşulacaqdır.
“Yaşıl” avtomobillər yeni Lotus Premium axitekturası üzərində inşa ediləcəkdirlər. Yeni platforma təkər bazasının ölçüsünü 2889 ilə 3100 millimetr arasında dəyişməyə və 92-120 kilovat-saat tutumlu 800 voltluq batareyaları olan müxtəlif form-faktorlu elektromobilləri yaratmağa imkan verir. İstehsalçı yeni elektrokarların sıfırdan ilk “yüzlüyə” sürətlənməyə üç saniyədən çox vaxt sərf etməyəcəklərini bildirib.
Markanın yeni mobilliyə transforrmasiyasına, 2024-cü ilə qədər Uhanda mənizl-qərargahı tikiləcək Lotus Technology bölməsi cavabdeh olacaqdır. Mərkəzin inşasına sərmayə qoyan investorlardan biri də NIO şirkətinin qurucusu Li Bindir.
Eyni yerdə, lakin bu il, sahəsi bir milyon kvadrat metrdən çox, istehsal gücü isə ildə 150 min avtomobil olacaq yeni istehsal müəssisəsi açılacaqdır. Yeni müəssisə şirkətə təxminən 1,2 milyard dollara başa gəlib.
Bu günə qədər Lotus markasının “yaşıl” xəttində yalnız bir elektromobil mövcuddur - bu, 2028 at qüvvəsi hasil edən dörd mühərrikli elektrik güc qurğusu ilə hərəkətə gələnn Evija hiperkarıdır. Hiperkar 100 km/saata sürətlənməyə üç saniyə sərf edir, eyni vaxt 100 km/saatdan 200 km/saata qədər sürətlənməyə tələb olunur. Evija 300 km/saat həddinə 9 saniyəyə sürətlənir və onun maksimum sürəti 340 km/saatdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.