İngilis markasının tarixində yeni səhifə açan Lotus Emira superkarı barədə yeni məlumatlar peyda olub. İlkin olaraq, satışa 3,5-litrlik V6 mühərriki ilə təchiz edilən versiya çıxacaqdır. Bu gün istehsalçı First Edition seriyasından olan superkarın texniki xüsusiyyətlərini dərc edib.

Lotus markası Edelbrock kompressoru ilə təchiz edilmiş Toyota 2GR-FE mühərrikinə sadiq qalıb. Belə aqreqatları Evora kupesinin sonuncu versiyalarında quraşdırırdılar. Lotus Exige superkarında isə, eyni mühərrik Harrop kompressoru ilə təchiz edilirdi.

Emira üçün nəzərdə tutulmuş altısilindrli mühərrikin hasilatı dəyişməyib: aqreqatın gücü 406 at qüvvəsidir, fırlanma anı isə transmissiyadan dan asılıdır. Altıpilləli mexaniki qutu ilə təchiz edilmiş mühərrik 420 Nm, altıpilləli Aisin “avtomatı” ilə isə, 430 Nm hasil edir. Yeri gəlmişkən, Evora modeli də eyni transmissiyalar ilə təklif edilirdi.

Toyota mühərriki 6800 dövr/dəqiqəyə qədər sürətlənir. Mexnaiki transmissiyalı Emira modeli 100 km/saat həddinə qədər 4.3 saniyəyə, “avtomat” ilə təchiz edilmiş versiya isə, 4,2 saniyəyə sürətlənir. Maksimal sürət hər iki halda eynidir: 290 km/saat.

Yəni, daha ağır olan Emira dinamikada əvvəlki Evora modelindən geridə qalır: eyni 3,5-litrlik mühərrik (416 at qüvvəsi, 410 Nm) və mexaniki transmissiya ilə təchiz edilmiş Evora GT410 Sport modifikasiyası 100 km/saat həddinə 4,2 sanyəyə sürətlənir və 298 km/saatlıq maksimal sürətə malikdir.

Emira modelinin istehsalına gələn ilin yazında başlanacaqdır, lakin hələlik sifarişlər yalnız First Edition salamlama versiyasına qəbul edilir. Belə versiya elektriklə tənizmlənən oturacaqları, on kanallı səs sistemi, arxa görünütü kamerası və idman asqısı da daxil olmaqla, tam opsiyalar dəsti ilə təchiz edilir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

İngiltərədə Emira First Edition kupesinin qiyməti 76 min funt sterlinqdən, Almaniyada isə 96 min avrodan başlayacaqdır. 2022-ci ilin payızına qədər AMG bölməsinin dördsilindrli turbomühərriki və yeddi pilləli “robotu” ilə təchiz edilmiş versiya debüt etməlidir, lakin belə avtomobillər ilkin olaraq yalnız zəngin təchizatla təklif ediləcəkdirlər. Nəhayət, Lotus Emira modelinin 60 min funt sterlinqə satılacaq baza versiyası 2023-cü ildə bazara çıxmalıdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.