Böyük Britanoyanın Hezel şəhərində yerləşən Lotus şirkəti Cenevrə avtomobil salonunda Elise 250 Cup sportkarı ilə yanaşı Evora Sport 410 modelini də təqdim etməyi planlaşdırır. Bu gün istehsalçı, Evora modelinin yeni modifikasiyasının fotoşəkillərini dərc edərək avtomobilin texniki göstəricilərini açıqlamışdır. Sportkarın adından da göründüyü kimi, Evora Sport 410 modelinin mühərrikinin gücü Evora Sport 400 modifikasiyası ilə müqayisədə 10 at qüvvəsi artırılmışdır. Eyni zamanda avtomobilin çəkisi də 70 kiloqram azaldılmışdır.
Avtomobilin çəkisinin azaldılmasına karbondan hazırlanmış detallardan geniş istifadə edilməsi sayəsində nail olunmuşdur. Buna misal olaraq, yüngül qapı panellərini və mühərrik bölümünün karbondan hazırlanmış qapağını göstərmək olar. Nəticədə, Lotus Evora Sport 410 modeli 1325 kiloqram ağırlığa malikdir.
Sportkar gücü 410 at qüvvəsi və 410 Nm fırlanma anı olan 3,5-litrlik üfürməli mühərriklə təchiz edilir. Standart olaraq 6 pilləli mexaniki sürətlər qutusu ilə təchiz edilmiş Evora Sport 410 modeli 100 km/saat həddinə 4,2 saniyəyə sürətlənir və onun maksimal sürəti 300 km/saat təşkil edir.
Avtomatik sürətlər qutusu ilə bu göstəricilər,müvafiq olaraq ,4,1 saniyə və 280 km/saat təşkil edir.
Lotus mühəndisləri avtomobilin asqısının xarateristikalarını yeniləmiş və sportkarın klirensini 5 millimetr azaltmışdırlar. Bundan başqa, Lotus Evora Sport 410 modeli Michelin Cup 2 şinləri geyindirilmiş öndə 19-düymlük, arxada isə 20-düymlük döymə disklər ilə təchiz edilir.
Britaniyalı istehsalçı yeni modeli məhdud sayda - 150 ədəd tirajla istehsal edəcəyini bildirmişdir. Lotus Evora Sport 410 modelinin satışlarına iyun ayında start veriləcəkdir. Avtomobilin Böyük Britaniyadakı satış qiyməti 79 900 funt-sterliq (185 500 manat) təşkil edəcəkdir.