Britaniyanın məşhur avtomobil istehsalçılarından biri olan Lotus şirkəti, Exige modelinin yeni yüngülləşdirilmiş variantını təqdim edib. Sport 350 indeksini daşıyan model, Exige S modelindən 51 kiloqramm yüngüldür və 1125 kiloqramm çəkiyə malikdir. Modelin çəkisinin azaldırması yeni akkumlyatorun, baqaj bölümü qapağının, mühərrikin yeni dayaqlarının, sürətlər qutusunun «açıq» mexanizmi olan yenilənmiş mərkəzi konsolun, həmçinin havalandırma sisteminin şlanqları və səs izolyasıyası sayəsində əldə edilmişdir. Sportkar hərəkətə 3,5-litrlik altı silindirli mühərriklə gəlir ki, bu aqreqatın verimi 345 at qüvvəsi və 400 Nm fırlanma anı edır.

Mühərrik altı pilləli mexaniki və ya opsional avtomatik sürətlər qutusu ilə təchiz edilə bilər. Yerindən 100 km/s sürətinə çatmaq üçün sportkara 3,9 saniyə kifayətdir. Onun maksimal sürəti isə 274 km/s-dır. Avtomatik qutu ilə təchiz edilmiş avtomobil 100 km/s sürətini 3,8 saniyəyə yığsa da, unun maksimal sürəti 263 km/s-dır.

Bundan əlavə, mühəndislər mexaniki sürətlər qutusunun ötürmələrinin dəqiqliyini artırmiş, yeni sərt  amortizator və  yaylar tətbiq edərək avtomobilin asqısını təkmilləşdirmişlər. Bütün bu dəyişikliklər avtomobilin idarəedilməsinin yaxşılaşdırılmasına yönəldilmişdir.

Lotus’un təqdim etdiyi məlumata əsasən, Sport 350 istehsalçının Heteldəki test trekini 1 dəqiqə 29,8 saniyəyə qət etməyə müvəffəq olmuşdur ki, bu da Exige S modelinin göstəricisindən 2,5 saniyə azdır. Beləliklə, yeni model Lotus’un 1 dəqiqə 30 saniyə həddini «aşan» ilk avtomobili olmuşdur. 

Opsional olaraq Lotus Exige Sport 350 üçün yeni döymə disklər və təkmilləşdirilmiş əytəc mexanizmi təklif edir ki, bu da əlavə 5 kiloqramm qənaət etməyə imkan verir. Nəticədə avtomobilin çəkisi 1115 kiloqramma qədər düşürülə bilər. Əlavə avadanlıqlar siyahısına kondisoner, tam səs izolyasiyası, multimediya sistemi və əyləc dəstəklərinin qara və ya sarı rəngə boyanması daxildir.

Avtomobilin Avropadakı satışlari gələn ilin fevral ayından başlayacaqdır. Avtomobilin satış qiyməti 74 min avro olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt