Renault şirkətinin mətbuat xidmətinin yaydığı xəbərdə fransız şirkətinin Lotus F1 Team komandasının alınması üzrə sövdələşməni başa vurduğunu bildirilir. Fransızların komandanın, kreditorlar və Britaniyanın vergi orqanları da daxil olmaqla, borclarını ödədiyi məlum olmuşdur. Bu gün komandanln nümayəndələri altıncı dəfə vergi orqanlarının iddiasına baxılan London məhkəməsində olmuş və borcların ödənildiyini təsdiq edən sənədləri məhkəməyə təqdim etmişdirlər.
Renault şirkətinin hüquqşünası səhmlər paketi üzrə sövdələşmənin başa çatdığını, kreditorların və vergi orqanlarının nümayəndələrinin isə komandaya qarşı tələblərinin olmadığını bildirmişlər.
Bunula bərabər, fransız şirkətinin Lotus F1 Team komandasının səhmlər paketinin nə qədərinə sahibləndiyi məlum deyil. Sayiələrə görə, komandanın təsisçilərindən olan Jerar Lopesin səhmlərin bir hissəsini qoruyub-saxladığı bildirilir.
Lotus F1 Team’n gələcək strukturunun necə olacağını, komandanın adının dəyişilib-dəyişilməməcəyi barədə məlumatı Renault şirkəti gələn ilin fevral ayında açıqlamaq niyyətindədir.