Lotus şirkəti ilk elektrik hiperkarının növbəti tizerini dərc edərək onun debüt tarixini açıqlayıb. Lotus Type 130 adı ilə tanınan hiperkarı 16 uyul tarixində Mərkəzi Londonda keçiriləcək tədbirdə təqdim edəcəkdirlər. İlk avtopmobillər müştərilərə 2020-ci ildə çatdırılacaqlar.
Lotus Type 130 britaniya markasının on illik fasilədən sonra təqdim etdiyi ilk seriye modeli olacaqdır. Bundan başqa, yeni model ən sürətli Lotus yol avtomobili olacaqdır. Elektrik hiperkarı vacib tarixi modellərin - 1957-ci ilin Type 14 Elite və ekstrudasiyalı alüminium profilindən ramaya malik olan Type 111 (Elise) şərəfinə adlandırılıb.
İlkin məlumata görə, Lotus Type 130 hiperkarı 1000 at qüvvəsinə malik olan elektrik güç aqreqatı ilə təchiz ediləcəkdir. Bu aqreqat Williams Advanced Engineering mühəndislik firması ilə birlikdə hazırlanıb. Ən maraqlısı odur ki, şəffaf kuzov panelləri avtomobilin texniki içalatını seyr etməyə imkan verəcəklər. Bundan əlavə, hiperkar aktiv aerodinamika kompleksinə və yan güzgüləri əvəzləyən çıxan kameralar ilə də təchiz ediləcəkdir. Type 130 modelinin yürüş ehtiyatı 402 kilometrdir.
Lotus cəmi 130 ədəd Type 130 modelini buraxacaqdır. Avtomobillər Norfolkdakı (İngiltərə) zavodda əl ilə yığıacaqdırlar.