Məlum olduğu kimi, Lotus şirkəti sabah tarixindəki ilk krossoverini təqdim edəcəkdir. Bu gün ingilis markası yeni modelinin adını açıqlayıb – Eletre. Xatırladaq ki, əvvəllər batareyalı krossover Type 132 kod adı ilə tanınırdı. Maraqlıdır ki, Britaniya markası öz modellərinə E hərfi ilə başlayan adları vermək ənənəsini davam etdirir.
Eletre modelinin təqdimatının (çox güman ki, britaniyalılar életre (“həyat üçün”) sözünü macar dilindən götürüblər) sabah keçiriləcəyinə baxmayaraq, şirkət gələcək elektrik krossoverinin dizaynını açıqlayıb. Yeni krossover əyri dam xətti olan axıntılı aerodinamik kuzovu alacaqdır. Ön tərəfdə nazik üfüqi optika, aşağıda yerləşdirilmiş radiator barmaqlığı və ön qanadlardakı hava çıxışları quraşdırılacaqdır. Mühəndislər arxa fənərləri kuzovun eni boyunca uzanan tək zolaq şəklində düzəldiblər. Eletre modelinin top versiyasında ənənəvi yan güzgülərin kameralarla əvəzlənəcəyi gözlənilir.
Batareyalı krossover futuristik interyerə malik olacaqdır. Rəqəmsal cihazlar paneli ilə yanaşı, Eletre sensorlu düymələri və rekuperasiya sisteminin dəstəkləri olan “kəsilmiş” sükan çarxı ilə də təchiz ediləcəkdir. Lotus krossoverin elektrik güc qurğusunun xüsusiyyətlərini sirr olaraq saxlayır. Elektromobilin 90-120 kilovat-saat arasında tutumu olan batareyalar ilə təklif ediləcəyi gözlənilir. Lotus Eletre ilk "yüzlüyə" sürətlənməyə üç saniyədən az vaxt sərf edəcəkdir.
Lotus Eletre elektrik krossoveri Emira və Evija sportkarları ilə birlikdə Lotus brendinin yeni çeşidində üçüncü model olacaqdır. Bundan əlavə, şirkət batareyalı krossoverin arxitekturasında dördqapılı kupeni, həmçinin kompakt krossoveri və başqa bir idman avtomobilini hazırlamağı planlaşdırır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.