Lotus markası 2028-ci ilə qədər tamamlanacaq böyük bir dəyişikliyə başlayır. Şirkət, yenilənmiş Vision80 strategiyası çərçivəsində dörd platformanı və Emira adlı sportkarı təqdim edəcəyini bildirib. Təqdimat 6 iyul 2021-ci il tarixində keçiriləcəkdir.
Lotus şirkəti Emira adının “bir çox qədim dillərdən” “komandir” və ya “lider” kimi tərcümə olunduğunu izah edir. Azərbaycan dilində belə bir söz mövcuddur - ərəbcədən götürülmüş “əmir” sözü. Gözlənənlərin əksinə, yeni idman avtomobili hibrid olmayacaqdır.
Emira üçün bir neçə güc aqreqatı təklif olunacaqdır ki, onların arasında ingilis markasının yeni ortağının mühərriki də var - lakin detallar hələlik gizli saxlanılır. Avtomobilin salonu iki nəfərlik olacaq və sportkar rəqiblərindən tutumlu baqaj bölməsi ilə fərqlənəcəkdir.
Emira modelinin istehsalının başlaması ilə markanın hazırkı üç modelinin - Elise, Exige və Evora sportkarlarının buraxılışına son veriləcəkdir. Onlar satışdan bu il çıxarılacaqdırlar. Eyni zamanda, yeni idman avtomobili daxili yanma mühərriki olan son Lotus avtomobili olacaqddır.
Dörd yeni platformaya gəldikdə isə, onların hamısı “açıq” olacaqdır - yəni, üçüncü istehsalçılar tərəfindən istifadə edilə bilərlər. Bunlardan birincisi, Geely (Lotus bu Çin holdinqinə aiddir) ilə birlikdə hazırlanmış Elemental alüminium arxitekturasıdır. Yeni platforma Emira modelinin əsasını təşkil edəcəkdir.
İkinci Extreme platforması hiperkarlar üçün nəzərdə tutulmuşdur və 2000 at qüvvəli Evija modeli bu platformanı alan ilk hiperkar olacaqdır. Hiperkarın istehsalına 2021-ci ildə ingilis markasının Heteldəki zavodunda başlanmalıdır.
Şirkətin qlobal adlandırdığı Evolution platformasında isə, ingilis istehsalçısının qazancını artıracaq yeni premial Lotus avtomobilləri istehsal ediləcəkdirlər. Yəqin ki, söhbət krossoverlərdən gedib.
Nəhayət, dördüncü E-Sport arxitekturası Alpine ilə əməkdaşlıqda yaradılan elektrokarlar, yəni idman elektromobilləri üçün nəzərdə tutulub.