Lotus şirkəti Elise sportkarının bərkgedən variantı olan 250 Cup modelini təqdim etmişdir. Adından göründüyü kimi, avtomobil 220 Cup modelini əvəz edəcəkdir. Eyni zamanda, güc və dinamik xrakteristikalarına görə yeni avtomobil, trek üçün nəzərdə tutlmuş Cup R modelindən üst pillədə qərarlaşmışdır. Cup R modelindən fərqli olaraq yeni avtomobil təhlükəsizlik karkası ilə təchiz edilməsə də, onunla eyni xarici aerodinamik elementlərə malikdir ki, bu da onun adi sportkarlardan seçilməsini təmin edir.
Avtomobil, karbondan hazırlanmış splitter, diffuzor, yan kandarlar və arxa antiqanaqla təchiz edilir. Bundan başqa, Cup R modelindən fərqli olaraq, 250 Cup variantında yarış yedəkləmə qarmaqlarından imtina edilmişdir. Elise 250 Cup modeli trek avtomobilindən 31 kiloqram daha ağırdır və onun çəkisi 931 kiloqram təşkil edir. Eyni zamanda o, 220 Cup modelindən 21 kiloqram yüngüldür ki, bu da avtomobilin konstruksiyasında tətbiq edilmiş yüngülləşdirilmiş elementlər və litium-ion akkumulyatorunun quraşdırılması sayəsində mümkün olmuşdur.
Elise 250 Cup modelinin 1,8-litrlik ötürməli kompressorlu mühərrikinin gücü 220-dən 243 at qüvvəsinə qədər artırılmışdır.
Mühərrik alti pilləli mexaniki sürətlər qutusu ilə birləşdirilir ki, bu tandem də avtomobilii 96 km/saat həddinə 3,9 saniyəyə sürətləndirmək imkanı verir. Onun maksimal sürəti isə 247 km/saat təşkil edir. Lotus şirkətinin test trekini 250 Cup 1 dəqiqə 34 saniyəyə qət etmişdir ki, bu da 220 Cup modelinin göstəricisindən 4 saniyə azdır.
Lotus Elise 250 Cup modelinin təchizatına tənzimlənən köndələn dayanıqlılıq stabilizatoru, Bilstein amortizatorları, Eibach yayları və idman əyləcləri daxil edilmişdir.
Bundan başqa, əlavə ödəniş etməklə Bluetooth sistemini dəstəkləyən və iPod qurğusu qoşmağa imkan yaradan Clarion audiosistemini də sifariş etmək olar.
Yeni avtomobilin satışlarına bu ilin aprelində start veriləcəkdir. Böyük Britaniyada avtomobilin satış qiyməti 45600 funt-sterliq (105800 manat) təşkil edəcəkdir. Almaniyada isə, avtomobil üçün 61100 avro istəyəcəklər.