Lotus şirkəti Exige kupesinin xüsusi modifikasiyasını təqdim etmişdir. Bu modifikasiya Britaniya istehsalçısının Heteldəki zavodunun 50 illik yubileyinə həsr edilmişdir. Lotus 350 Special Edition adını almış modifikasiya Sport 350 modelinin bazasında yaradılmışdır və donorundan 26 kiloqram yüngüldür.
Xüsusi seriyadan olan sportkar yeni litium-ion akkumulyatoru, mühərrikin yeni dayaqları, yüngülləşdirilmiş mərkəzi konsolla, döymə disklərlər, karbondan hazırlanmış oturacaqlarla və iki tərkibli əyləc diskləri ilə təchiz edilmişdir. Bunların sayəsində sportkarın çəkisi 1125 kiloqramdan 1099 kiloqrama qədər azaldılmışdır. Modelin kapotundakı aerodinamik elementlər də dəyişdirilmişdir. Lotus Exige modeli 160 km/saat sürətində 42 kiloqram yerə basma qüvvəsi yaradan kuzov dəsti ilə təchiz edilmişdir.
Kupe Lotus Exige 350 Special Edition 3,5-litrlik V6 mühərriki ilə hərəkətə gəlir. Mühərrikin gücü 350 at qüvvəsi, fırlanma anı isə 400 Nm təşkil edir. Xüsusi variantın güc aqreqatı altı pilləli mexaniki sürətlər qutusu ilə birgə çalışır. Yerindən 100 km/saat sürətinə kupe 3,9 saniyəyə sürətlənir. Onun maksimal sürəti isə 274 km/saat təşkil edir. Lotus Exige 350 Special Edition modelindən cəmi 50 ədəd istehsal ediləcəkdir. Avropada avtomobilin satış qiyməti 81900 avro təyin edilmişdir.