Lotus Cars şirkəti Exige sportkarının yeni variantını təqdim etmişdir. Yeni modifikasiyanı britaniyalılar «superkarların qatili» adlandırmışdırlar. Lotus Exige Sport 380 modeli ən «aqressiv, yüngül, güclü və yeyin» modifikasiyasıdır.
Yeni modifikasiyanın çəkisi 1066 kiloqramdır ki, bu da Exige Sport 350 modelində olduğundan 25 kiloqram azdır. Çəkinin azaldılmasına təkmilləşdirilmiş aerodinamik kuzov dəstinin, polikarbonatdan olab arxa şüşənin, yarış oturacaqlarının karbondan hazırlanmış əsasınin, yüngülləşdirilmiş əyləc mexanizmlərinin və təkər disklərinin tətbiqi, həmçinin standart akkumulyatorun litium-ion batareyası ilə əvəz edilməsi sayəsində nail olunmuşdur.
Əlavə ödənişlə titandan hazırlanmış buraxılış sistemini və karbondan hazırlanmış tavanı da sifariş etmək mümkündür. Bundan başqa, yeni avtomobil tərkibinə Nitron tənzimlənən amortizatorları və Eibach köndələn dayanıqlılıq stabilizatorları daxil olan trek dəsti ilə də təchiz edilir.
Sportkar 380 at qüvvəsi gücü və 410 Nm fırlanma anı olan 3,5-litrlik V6 mühərriki ilə təchiz edilir ki, bu da Exige Sport 350 modelində olduğundan 30 at qüvvəsi və 10 Nm çoxdur. Güc aqreqatı altı pilləli mexaniki və ya eyni diapazonlu avtomatik ötürmələr qutusu ilə birgə çalışır. Lotus Exige Sport 380 modeli sıfırdan 96 km/saat sürətinə 3,5 saniyəyə sürətlənir ki, bu da Exige Sport 350 modelində olduğundan 0,4 saniyə yeyindir. Avtomobilin maksimal sürəti 286 km/saata bərabərdir.
Lotus Exige Sport 380 yeni ön splitter, təkmilləşdirilmiş diffuzor və yeni antiqanad əldə etmişdir. Maksimal sürət həddində yeni Lotusun yerə basma gücü 140 kiloqrama bərabərdir ki, bu da Exige Sport 350 modelindı olduğundan 60 faiz çoxdur.
Böyük Britaniyada avtomobilin satış qiyməti 67,9 min funt-sterlinqə bərabərdir. İstehsalçı yeni modelin «altı rəqəmli qiyməti olan» superkarlarla mübarizə apara biləcəyini iddia edir.