Lotus şirkəti tarixində olan ən yeyin minik avtomobilini inşa edib. Bu, Evora modelinin GT430 Sport indeksini almış modifikasiyasıdır.
Sportkar 436 at qüvvəsi və 440 Nm fırlanma anı (6-pilləli avtomatik qutu ilə olan variantda 450 Nm) hasil edən mexaniki kompressorulu 3,5-litrlik altı silindrli mühərrik ilə təchiz edilib. Lotus Evora GT430 Sport yerindən 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir. Onun maksimal sürəti 315 km/saat təşkil edir.
İyul ayında Lotus karbondan hazırlanmış təkmilləşdirilmiş aerodinamik kuziv dəstinə sahib olan Evora GT430 trek kupesini buraxmışdı. İngilis mütəxəssisləri trek avtomobilini kuzov dəstindən məhrum edərək onun çəkisini 10 kiloqram azaldıblar. Artıq avtomobil 1248 kiloqram çəkiyə malikdir və onun gücün çəkiyə olan nisbəti bir tona 345 at qüvvəsi təşkil edir.
Maksimal sürətdə Sport modifikasiyasının yerəbasma gücü 100 kiloqrama bərabərdir. Adi GT430 modeli isə 305 km/saat sürətində 250 kiloqram yerəbasma gücünə malikdir. Bununal belə, Evora GT430 Sport modeli trek variantında quraşdırılan tənzimlənən Öhlins amortizatorlarını, dörd porşenli əyləc mexanizmlərini, yüksək sürtünməli differensialı və sazlanan trekşn-kontrolu qoruyub-saxlamışdır.
Böyük Britaniyada Lotus Evora GT430 Sport modeli 104,5 min funt-sterlinqə təklif edilir. “Avtomat” qutu 2,6 min, Sparco oturacaqları 3,5 min, kondisioner 1,5 min və stəkanaltılar 120 funta başa gələcəkdirlər.