Lucid Motors şirkəti Air Grand Touring Performance elektrik sedanını təqdim edib. Yeni sedan markanın indiki model çeşidindəki ən güclü avtomobildir. Yeni model faktiki olaraq air Dream Edition versiyasının yerini alacaq, eyni zamanda, ondan 10.000 dollar baha olacaqdır. 21-düymlük təkər diskləri ilə təchiz edilmiş sedanın gediş ehtiyatı amerikan EPA dövrünə əsasən 446 mil (719 kilometr) təşkil edir. Sedan 60 mil/saat (97 km/saat) həddinə 2,6 saniyəyə sürətlənir.

Lucid Air Grand Touring Performance modelinin güc qurğusu iki elektrik mühərrikindən və 113 kilovat-saatlıq 900 voltluq batareyadan ibarətdir. Qurğunun ümumi hasilatı 1065 at qüvvəsidir. Yeri gəlmişkən, Air Dream Edition versiyası 1126 at qüvvəsinə malik olsa da, qiyməti 169 min dollar idi. Air Grand Touring Performance modeli üçün 179 min dollar tələb olunur. Bununla belə, yeni modelin gediş ehtiyatı 719 kilometr təşkil edir ki, bu da 830 at qüvvəli Air Grand Touring modelində olduğundan 36 kilometr azdır.

Image alt Image alt Image alt Image alt

Sedan 350 kilovat gücündə yükləməni dəstəkləyir və 21 dəqiqəlik yükləmə 483 kilometr gediş məsafəsini təmin edir. Air Grand Touring Performance modeli 60/mil/saat həddini 2,6 saniyəyə toplayır. Air Grand Touring bu işə düz üç saniyə sərf edir. Avtomobillərin ABŞ-dakı satışlarına bu ilin iyun ayında, Kanadada isə avqust ayında başlanacaqdır.

Bu arada, Lucid Air Dream Edition Range modeli elektrokarın əvvəlki kimi ən uzun mənzilli versiyası olaraq qalır. 19-düymlük diskləri olan sedan crəyan yükləmədən dolu batareya ilə 520 mil (837 kilometr) qət edə bilər. Bu, Tesla Model S Long Range modelində olduğundan 115 mil (185 kilometr) çoxdur.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.