Lucid Group Avropa bazarında daxil olduğunu elan edib. Brendin ilk “studiyası” Bavariyanın paytaxtı Münhendə açılıb. Satışlara rəsmi olaraq may ayının 13-də başlanmalıdır.
Lucid “studiyası” Odeonsplatz meydanında yerləşir. Bu “studiyanın” ardınca Almaniya, Norveç, Niderland və İsveçrədə digər “studiyalar” və xidmət mərkəzləri açılmalıdır. Startapın nümayəndələrinin bildirdiyinə görə, yaxın zamanlarda amerikan brendi demək olar ki, bütün Avropa ölkələrində debüt etməlidir.
Lucid brendinin Münhendəki “studiyası”
Maraqlıdır ki, Lucid Köhnə Dünyaya məhdud saylı Dream Edition seriyasından olan və iki variantda təklif edilən Air sedanını gətirib. Məlum məsələdir ki, avtomobillərin sayı ciddi şəkildə məhduddur, çünki belə təchizata malik olan sedanların tirajı 520 nüsxədən ibarətdir və onların əksəriyyəti artıq ABŞ-da satılıblar.
Gözlənildiyi kimi, sedanın qiymətləri kifayət qədər bahalıdır. Məsələn, Almaniyada Lucid Air sedanının satış qiyməti 218 min avro, Niderlandda – 222 min avro, Norveçdə - 1 850 000 kron, İsveçrədə isə 199 000 isveçrə frankı təşkil edir.
Lucid Air Dream Edition Münhendə
Bu məbləğə xoşbəxt şəxslər 900 kilometrlik yürüş məsafəsi olan və 100 km/saat həddini üç saniyədən az müddətə toplayan ikimühərrikli avtomobili əldə edəcəklər. Lucid Air Dream Edition modellərinin Avropaya ilk çatdırılmalarının bu ilin sonuna qədər baş tutacağı gözlənilir.
Air Pure, Air Touring və Air Grand Touring versiyalarının çatdırılmaları və qiymətləri barədə məlumat sonra açıqlanacaqdır.
Yuxarıda adı çəkilən dörd ölkə ilə yanaşı, Lucid hazırda Avstriya, Belçika, Danimarka, Finlyandiya, Fransa, İtaliya, Monako, İspaniya, İsveç və Böyük Britaniyada da elektrik sedanına sifarişləri qəbul edir. Özü də, sonuncu üçün Air modelinin sağsükanlı versiyasını hazırlayırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.