Lucid Motors şirkəti ikinci elektrik modelinin ilk təsvirini dərc edib. Bu model Lucid Air sedanınıb bazasında yaradılmış krossoverdir. Əvvəllər bu avtomobilin yalnız casus şəkli dərc olunub.
Şirkətdən, istənilən halda, yeni avtomobillərin təqdimatının 9 sentyabr tarixində baş tutacağını rəsmi olaraq təsdiqləyiblər. Əvvəllər belə təqdimatın keçirləcəyi barədə Lucid şirkətinin baş direktoru Peter Roulinson məlumat vermişdi. O zaman top menecer söhbətin maketdən, artıq sınaqları davam etdirilən prototipdən getdiyini bildirmişdi.
Əslində, 9 sentyabrda keçiriləcək təqdimatın baş qəhrəmanı krossover deyil, Air sedanın seriya veariantı olmalıdır. Lucid Air sedanı aerodinamika, yürüş ehtiyatı, cərəyan yükləmə sürəti və sürətlənmə cəhətdən dünyanın ən yaxşı elektrokarı olmalıdır. Doğrudur, Lucid Air sedanının qiymətinin də bütün elektrik sedanlar arasında ən yüksək olacağı da ehtimal olunur.
Roulinsonun sözlərinə görə, krossover də eyni prinsiplər üzrə yaradılacaqdır. Bir sözlə, yeni krossover enerji sərfiyyatı cəhətdən daha səmərələli, daha uzunmənzilli və daha dinamik elektromobil olmalı, həmçinin bu sinifin lideri olan Tesla Model X krossoverini üstələməlidir.
Amerikan startapı 2014-cü ildən başlayaraq elektromobilləri hazırlayır, ancaq yalnız bu il Arizonadaki ilk Lucid zavodunun inşası tamamlanmalı və elektromobillərin istehsalına başlanmalıdır. Lucid şirkətindən, bahalı top versiyaların ardınca, elektromobillərinin daha əlçatan versiyalarının buraxılacağı da bildirilib.