Uzun danışıqlardan sonra Lufthansa Almaniya hökumətinin formalaşdırdığı İqtisadi Sabitlik Fondunun səhmlərin 20%-i qarşılığında 9 milyard avroluq paketi almaq barədə razılığa gəlmişdi. Bu qərardan dərhal sonra isə şirkətin səhmləri 7% bahalaşmışdı. Lakin Avropa Birliyi bu planların bir müddətlik də olsa, pozulmasına nail olub.
Qurum sağlam rəqabətin formalaşması üçün belə böyük yardımın qarşılığında Lufthansa-nın Münhen və Frankfurt hava limanlarından olan eniş və qalxış haqlarını rəqbilərinə verməsini istəyir. Kansler Angela Merkel isə bildirib ki, buna icazə verməyəcəklər və mübarizə aparacaqlar. Qaydaya görə, Avropa Komissiyası Lufthansa-ya edilən yardıma razılıq verməlidir, bu da şirkəti çıxılmaz vəziyyətdə qoya bilər.
Bloomberg-in verdiyi xəbərə görə, şirkətdən artıq yardım paketini almaq planının təxirə salındığını, bunu müzakirə etmək üçün səhmdarları təcili toplamayacaqlarını bildiriblər. AB-nin tələbi şirkətin gəlirlərinə ciddi şəkildə zərbə vura bilər. Lufthansa rəsmiləri hər şeyin diqqətlə götür-qoy edilməli olduğunu düşünür.
Lakin yenə də, belə görünür ki, pandemiyanın yaratdığı böhrandan tək çıxış yolu kimi məhz paketi qəbul etməkdir. Şirkətin qərarı təxirə salmasından dərhal sonra səhmlər bir qədər ucuzlaşıb...