Bu günlərdə bazarda kifayət qədər bahalı və eyni zamanda güclü krossoverlər mövcuddur. Belə krossoverlərdən biri də Audi RS Q8 sayılır. Möhtəşəm gücə və aqressiv görkəmə malik olan bu superkrossover, bir çox tüninq atelyelərinin diqqətini cəlb etməyə müvəffəq olub.

Əgər siz də Audi RS Q8 krossoverinin kifayət qədər aqressiv görkəmə malik olmadığını düşünürsünüzsə, o zaman birbaşa Lumma Design atelyesinə yollana bilərsiniz. Çünki, Lumma özünün radikal tüninq proqramı ilə ad qazanıb.

Beləliklə Lumma mütəxəssisləri Audi RS Q8 üçün CLR 8 RS adlı tüninq proqramını hazırlayıblar. Yeni proqram bərkgedən krossoverin karbondan hazırlanmış təkər tağlarının genişləndiriciləri, baqaj qapağındakı spoyler, damda quraşdırılan iri arxa antiqanad, diffuzor, yeni dizaynlı ön və arxa bamperlər, həmçinin qapı kandarlarındakı işləmələr və arxa işıqları vizual olaraq uzadan elementlər ilə təchiz edilməsini nəzərdə tutur. Bütün bunları iri ölçülü təkər diskləri tamamlayır.

Salonda tamamilə yenidən üzlənmiş oturacaqları və qapı panellərini, anodlaşdırılmış alüminium ilə örtülmüş pedalları və firma loqotipləri olan ayaqaltıları görmək olar.

Image alt Image alt Image alt Image alt

Avtomobilə aqressiya əlavə etməklə yanaşı, onun mühərrikinin hasilatı artırılmışdır. Doğrudur, bu artım bir qədər təvəzökar xarakter daşıyır - cəmi 94 at qüvvəsi və 110 Nm. Nəticədə, Lumma CLR 8 RS modeli 694 at qüvvəsin və 910 Nm fırlanma anı ilə öyünə bilər. Güc artımına mühərrikin yeni idarəetmə bloku və dörd "lüləsi" olan buraxılış sistemi sayəsində əldə edilmişdir. Səsboğucu sistemin çıxış borularını karbon ucluqlarla da bəzəmək mümkündür.

Lumma Design tərəfindən hazırlanmış proqramın qiyməti 38 min avrodur ki, bu da adi Audi RS Q8 modelinin satış qiymətinin üzdə birini təşkilı edir.